Bazar, 26 İyul, 2026

Yardımlıda “Gənclər Davamlı İnkişaf üçün” düşərgəsinin icrasına başlanılıb


  • Dərc edildi: 30 Avqust, 2023 - 06:18
Yardımlıda “Gənclər Davamlı İnkişaf üçün” düşərgəsinin icrasına başlanılıb

Yardımlıda 5 günlük “Gənclər Davamlı İnkişaf üçün” düşərgəsinin icrasına başlanılıb. Avqustun 28-də “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Yardımlıda gənclərin fərdi inkişafına yönəlik “Gənclər Davamlı İnkişaf üçün” düşərgəsinin icrasına başlanılıb. EduOnline.Az xəbər verir ki, düşərgənin ilkin tanışlıq görüşündə layihənin əsas istiqamətləri, davamlılıq mərhələsi, düşərgə çərçivəsində baş tutacaq fəaliyyətlərlə bağlı məlumatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, layihə çərçivəsində ümumilikdə 45 gəncə “Dayanıqlı İnkişaf Məqsədləri və onun tədbiq sahələri”, “Layihələrin yazılması prosesində ideyanın formalaşdırılması”, “Qeyri-formal təhsil və onun prinsipləri”, “Gənclərlə işdə rol modeli” və digər mövzular olmaqla ümumilikdə 14 istiqamətdə təlim sessiyasının keçirilməsi, eləcə də, müxtəlif komanda oyunları və qrup işlərinin baş tutması p

lanlaşdırılır. “Gənclər Davamlı İnkişaf üçün” layihəsinin əsas məqsədi gənclərin yumşaq bacarıqlarının gücləndirilməsi, cəmiyyətdə aktiv vətəndaşlığının təmin olunması, gənclərlə iş sahəsində təşəbbüslərin artması ilə ümumilikdə rəqabətədavamlı gənclər şəbəkəsinin inkişafına töhfə verməkdir. Layihənin davamlılıq mərhələsində iştirakçılar öyrəndikləri bilik və təcrübələri öz yaşadıqları regionlarda təlim və görüş formatında digər gənclərlə bölüşəcəklər. Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçirilir.

Ən Son Məqalələr

Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 65
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 26
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 227
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 315
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 429
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 380
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 417
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 619
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 933
Xanımlar üçün Founda...