Cümə, 20 Mart, 2026

Yazıçı Varis Yolcuyev ilə bugün görüş olacaq!


  • Dərc edildi: 22 Fevral, 2019 - 06:54
Yazıçı Varis Yolcuyev ilə bugün görüş olacaq!

"SÖZ" təqdim edir - "77 GÜN"!!! 22 FEVRAL SAAT 19.00 da, Dövlət İncəsənət Müzeyində, Azərbaycanda ən çox oxunan yazıçılarından biri - yaziçı Varis Yolcuyev ilə görüş! "Söz" yenə də Sizi təəçübləndirəcək. Gəlin və əmin olun! Giriş sərbəstdir. Həyat davam edir... Dünyanın 6 ölkəsində 19 kitabı çıxmışdır. Azərbaycanda rəsmən ən çox oxunan yazıçılardan biridir. 7 dəfə təkrar nəşr olunan "Sonuncu ölən ümidlərdir" romanını Bakı Kitab Klubu müstəqil Azərbaycanın tarixində ən çox satılan kitab elan etmişdir. Azərbaycan və Rusiya Yazıçılar Birliklərinin üzvüdür. 2018-ci il mart ayından Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri vəzifəsini icra edir. 2018-ci ildə Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalının qızıl laureatı adını qazanmışdır. 2018-ci ildə Böyük Beitaniyanın Yazıçılar Birliyinin (APİA) versiyası üzrə İlin yazıçısı elan olunmuşdur. 2018-ci ildə Rusiyanın Rossiyskiy kolokol jurnalının versiyası üzrə ilin yazıçısı elan olunmuşdur. 2017-ci ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Fəxri Ada layiq görülmüşdür. 2017-ci ildə YUNESKO-nun və Slavyan Ədəbiyyayı Festivalının Adam Mitskeviç medalı ilə təltif olunmuşdur. 2017-ci ildə «Promotion of Creative Writing in the USA» layihəsinə seçilmişdir 2016-cı il Beynəlxalq Moskva Ədəbiyyat Mükafatının laureatıdır. Yazıçıların 2016-cı il Nyu-York Beynəlxalq Konfransının iştirakçısıdır. 2011-ci il Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" ali ədəbiyyat mükafatının laureatıdır. 2012-2017-ci illərdə Antuan de Sent Ekzüperi (Fransa) diplomuna, Rusiya Yazıçılar Birl

iyinin "İilin yazıçısı" diplomuna layiq görülmüşdür. Avrasiya Yazarlar Qurumunun (Türkiyə) M.Kaşğarı adına mükafatı ilə mükafatlandırılmışdır. Kitabları Birmingem Universiteti Kitabxanası (Böyük Britaniya), Halle Martin Lüter Universiteti Kitabxanası (Almaniya) və Moskva M.Qorki adına kitabxanasının (Rusiya) fondlarına daxil edilmişdir, Yozqat Bozok Dövlət Universitetində (Türkiyə) dərs vəsaiti kimi təsdiqlənmişdir, Beynəlxalq Ədəbiyyat İnstitutunda ( Rusiya) dissertasiya mövzusu olmuşdur. "Sənə inanıram" romanı Özbəkistanda "Darakçi" nəşriyyatında fantastik 126 000 tirajla işıq üzü görmüşdür. İki romanına Azərbaycan Prezidentinin Dövlət Teleradio Şurasına ayırdığı maliyyə vəsaiti ilə televiziya serialı çəkilmişdir. Yazıçının bütün əsərlərində Qarabağ müharibəsinə az və ya çox dərəcədə toxunulur. Beynəlxalq miqyasda tanınmasını, populyarlıq qazanmasını yazıçı büsbütün antierməni missiyasına kökləyib. Onun ideoloji xətti erməniləri tək türkün deyil, bütün bəşəriyyətin düşməni kimi göstərməkdir. 1918-ci ildə Qubada azərbaycanlılarla yanaşı yəhüdilərin də ermənilər tərəfindən soyqırıma məruz qalmalarından bəhs edən Xrizantema dəstəsi adlı əsəri Ümumdünya Yəhüdiləri Forumunun rəsmi internet səhifəsində Məsləhət görülən ədəbiyyat kimi təbliğ olunaraq yüz mindən çox oxunma sayı ilə rezonans yaratmışdır. 2-ci dünya müharibəsində ermənilərin 200 min nəfər heyətlə ön və arxa cəbhədə faşist Almaniyasının tərkibində vuruşaraq ruslara divan tutmalarından bəhs efən Cənubda qar uçqunları adlı əsəri isə Rusiyanın illik 30 milyon oxucusu olan Proza.ru portalında 4 həftə liderlik reytinqi daşımışdır.

Ən Son Məqalələr

Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 160
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 40
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 44
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1038
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 471
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 278
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 520
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 146
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 395
Digital Marketing üz...