Cümə, 13 Fevral, 2026

“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi


  • Dərc edildi: 3 Mart, 2018 - 00:21
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası , Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı, AZƏRTAC - Azərbaycan Dövlət İnformasiya Agentliyi və Azpress - Video-foto İnformasiya Agentliyinin xəbər saytı və “Olaylar” İnformasiya Agentliyinin informasiya dəstəyi ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində gənc nəsildə milli adət-ənənələrimizə hörmət və ruzi bərəkət bayramımız olan Novruzun daha böyük anlamda dərk olunması və gələcək nəsilə ötürülməsi məqsədi ilə ənənəvi “YURDUMUZA BAHAR GƏLİR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edir. Müsabiqəyə qatılmaq istəyən iştirakçılar yaratdığı tablonun fotosu ilə bərabər ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə 2018-ci il mart ayının 3-nədək Xətai Sənət Mərkəzinin aşağıdakı ünvanlarından birinə göndərməlidir.

  1. faceboo
    k: Bakı Xətai Sənət Mərkəzi(
    https://www.facebook.com/xsm.art.az/)
  2. whatsapp: 00994 51 310 74 01
  3. instagram: xetaisenetmerkezi
  4. email: xsm.2016@mail.ru
  5. ünvan: Az1025. Bakı şəhəri, Xocalı pr 62.
  Müsabiqədə 15 yaşına qədər uşaq və yeniyetmələr ən çox 3 əsər təqdim etməklə iştirak edə bilər. Əsərlərdə uşaqların öz duyğu və düşüncələrini görmək istəyirik. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və idea əsas götürüləcək. Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik. I turdan keçmiş əsərlər sərgilənmək üçün dəvət olunacaqdır. Sərgilənən işlərin müəllifləri diplomla təltif olunacaq və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq . Müsabiqənin yekun sərgisi Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 168
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 338
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 48
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 220
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 330
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 427
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 533
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 82
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 386
Ted1.az saytı SATILI...