Çərşənbə axşamı, 3 Mart, 2026

10 azərbaycanlı tələbəyə xaricdə təqaüdlü təhsil alması üçün gözəl şans! - QEYDİYYAT


  • Dərc edildi: 28 Yanvar, 2024 - 23:51
10 azərbaycanlı tələbəyə xaricdə təqaüdlü təhsil alması üçün gözəl şans! - QEYDİYYAT

  Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu 2024-cü il üçün nəzərdə tutduğu ilk layihəsinə start verir. Layihənin məqsədi Azərbaycanın davamlı inkişafına fayda verəcək gənclərin dəstəklənməsindən ibarətdir. Fond istedadlı 10 azərbaycanlı tələbəyə xaricdə təhsil alması üçün müraciət prosesini öz üzərinə götürəcək. Fondun layihə üzrə öhdəlikləri: • Namizədlərlə təhsil konsultasiyası; • Namizədə uyğun universitet və ixtisasların seçilməsi; • Universitetlərə müraciət proseslərinin yerinə yetirilməsi; • Qəbulların alınması; • Tələbələr üçün təqaüdlərin təyin olunması; • Təqaüdlərə müraciət proseslərinin yerinə yetirilməsi; • Viza müraciətlərinin edilməsi; Yuxarıda göstərilən bəndlərin icra xərclərini Fond öz üzərinə götürür. 1-ci mərhələ: Qeydiyyat prosesi 8 yanvar -4 fevral tarixlərini əhatə edəcək. Fondun təhsil layihəsindən faydalanmaq istəyən tələbələr bu tarixlər aralığında aşağıda göstərilən link vasitəsi ilə qeydiyyatdan keçməlidir. 2-ci mərhələ: 8 fevral tarixində müraciət edənlərin arasından akademik göstəriciləri və xarici dil biliklərinə əsasən 20 se

çilmiş tələbə elan ediləcək. 3-cü mərhələ: 10-18 fevral tarixlərini əhatə edəcək və müsahibə yolu ilə 20 nəfərin arasından Fondun Təhsil layihəsini qazanan 10 tələbə seçiləcək. Müsahibə zamanı tələbələrin akademik göstəricilərindən əlavə onların motivasiyası, sosial aktivlikləri, dünya görüşləri kimi faktorlar da əsas götürüləcək. Seçilmiş 10 nəfər dünyanın ən nüfuzlu universitetlərində təqaüdlü təhsil üçün DABF-ın təhsil layihəsindən istifadə edəcəklər. Müraciət üçün namizədlərdən tələb olunan göstəricilər: 1. Azərbaycan Respublikasının vətandaşı olması; 2. Bakalavr pilləsi üçün müraciət edənlərin akademik göstəriciləri – SAT (Scholastic Aptitude Test) 1300 baldan yuxarı olması; 3. Magistr pilləsi üçün müraciət edənlərin akademik göstəricisi (GPA) – 85 (səksən beş) baldan yuxarı olması; 4. İngilis dili səviyyəsi (The Common European Framework of Reference for Languages - CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (DUOLINGO, IELTS, TOEFL) malik olması. https://forms.gle/iyg25MrEbiKLW9qS7

Ən Son Məqalələr

SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 832
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 275
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 235
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 438
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 101
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 330
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 427
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 518
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 652
Qarabağda iş imkanla...