Çərşənbə axşamı, 27 Yanvar, 2026

Kreativ idman tədbiri — “Red Bull Qaçaqaç" - MÜSABİQƏ


  • Dərc edildi: 22 Yanvar, 2025 - 14:58
Kreativ idman tədbiri — “Red Bull Qaçaqaç" - MÜSABİQƏ

Qış idmanlarının həyəcanını hiss etmək istəyirsənsə, bu şans sənindir! Xizəyini və snoubordunu hazırla, çünki bu ilin ilk kreativ idman tədbiri — “Red Bull Qaçaqaç" fevral ayının 9-u Şahdağ Turizm Mərkəzinin qarlı dağlarında baş tutacaq.

Əgər 18 yaşdan yuxarı və idman həvəsi ilə dolusansa, səni də aramızda görməkdən məmnun olarıq. Qalib olmaq üçün özünə güvən, sürətini göstər və bu unudulmaz təcrübənin bir parçası ol!

Tədbirdə qarlı dağın zirvəsindən öz xizək və ya snouborduna doğru qaçıb, işarələnmiş yerdə sıçrayış edəcəksən. Və budur — artıq yarışdasan!

İlk çatanlardan biri olmaq istəyirsənsə, sürətli olmalısan! Finişdə isə səni böyük bir “Après-Ski” partisi gözləyir. Həm əylən, həm də yarışın dadını çıxar!

Mükafatlar:

Ən sürətli snoubord sürən qadın – 500 AZN, Red Bull eynəyi, "Sport System"-dən Şahdağ Resort-da keçərli olan 5 əyləncəyə kupon

Ən sürətli snoubord sürən kişi – 500 AZN, Red Bull eynəyi, "Sport System"-dən Şahdağ Resort-da keçərli olan 5 əyləncəyə kupon

Ən sürətli xizək sürən qadın – 500 AZN, Red Bull eynəyi,"Sport System"-dən Şahdağ Resort-da keçərli olan 5 əyləncəyə kupon

Ən sürətli xizək sürən kişi – 500 AZN, Red Bull eynəyi, "Sport System"-dən Şahdağ Resort-da keçərli olan 5 əyləncəyə kupon

Kreativ kostum nominasiyasının qalibinə – 500 AZN, Red Bull eynəyi və paraplanla uçuş

Üstəlik hər 5 qalibə Şahdağ Resort-dan xüsusi hədiyyələr təqdim ediləcək.

Sürətli olmaq vacibdir, amma üslubunu da unutma! Axı, ən yaxşı geyim mükafatı da səni gözləyir

Bəs niyə iştirak etməlisən?

Bu, sadəcə yarış deyil, həm də əylənmək və yeni dostlar qazanmaq üçün fürsətdir. Qalib olmasan belə, həyəcanın və gözəl anların bir hissəsi olacaqsan.

Qısası, “Red Bull Qaçaqaç”a qoşulan hər kəs unudulmaz bir təcrübə ilə ayrılacaq.

Unutma ki, yerlər məhdud saydadır. Qeydiyyatdan (üzərinə daxil ol) keçməyə tələs!

İştirak etmək ödənişsizdir.

◾◾◾◾◾◾◾◾
⚠️⚠️
Digər vakansiyalardan, təcrübə proqramlarından, tədbirlərdan, təqaüd proqramlarından və s. faydalı məlumatlardan tez xəbər tutmaq üçün bizi sosial şəbəkələrdə də izləyə və ya üzv ola bilərsiniz :
WhatsApp Kanalımız:  https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e 
WhatsApp Qrupumuz:  https://chat.whatsapp.com/GUebHkikxWT9NTIMexy2eo
Teleqram kanalımız: https://t.me/EduOnlineAz
Teleqram qrupumuz: https://t.me/EduOnlineAzQrup
Facebook kanalımız:
https://www.messenger.com/channel/EduOnline.Az
Facebook səhifəmiz: https://www.facebook.com/EduOnline.Az
Instagram səhifəmiz: https://www.instagram.com/eduonline.az

 

Ən Son Məqalələr

Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 273
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 276
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 39
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 310
Ted1.az saytı SATILI...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16 Yanvar, 2026 - 14:20 48
VI Azərbaycan Astron...
İdeyan var? 9 aylıq inkubasiya və pul mükafatı qazanmaq şansını qaçırma!
16 Yanvar, 2026 - 01:31 97
İdeyan var? 9 aylıq ...
Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub
20 Dekabr, 2025 - 16:44 126
Zirə qəsəbəsinə aqro...
SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 306
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 129
“İngilis dili üzrə b...