Dövlət İmtahan Mərkəzində Təcrübə Proqramı: “Gənc psixometrik”

Dövlət İmtahan Mərkəzi təhsilin qiymətləndirilməsi sahəsində gənc mütəxəssislər bazasının formalaşdırılması məqsədilə “Gənc psixometrik” təcrübə proqramına qeydiyyat elan edir.

Proqramda iştirak etmək üçün son müraciət tarixi 10 fevral 2025-ci ildir.

Üç ay davam edəcək proqram müddətində qiymətləndirmə və statistika sahəsi üzrə təlimlərin keçirilməsi, real datalar əsasında praktik tapşırıqların yerinə yetirilməsi və layihələrin icrası nəzərdə tutulub.

 

Ətraflı:

Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən “Gənc Psixometrik” təcrübə proqramı:


Məqsəd Təhsilin qiymətləndirilməsi sahəsində nəzəri və praktiki bilik və bacarıqların 
mənimsədilməsi və statistik təhlil metodlarının öyrədilməsi yolu ilə
qiymətləndirmə sahəsində gənc mütəxəssislər bazasını formalaşdırmaq


Hədəf qrupu Ali təhsil müəssisələrinin məzunları
(həmçinin magistratura səviyyəsində təhsilalanlar)


İxtisas 
istiqamətləri
Təhsil, Təhsildə qiymətləndirmə, Təhsilin idarəolunması, Riyaziyyat, 
Statistika, Psixologiya, Kompüter elmləri və digər müvafiq ixtisaslar


Texniki 
bacarıqlar
MS. Excel (orta, yüksək səviyyə),
SPSS, R və ya Python (arzuolunan)


Kvota 10 nəfərədək
Müddət 3 ay


Seçim mərhələləri Müraciət: Təqdim olunan qeydiyyat keçidinə daxil olub qeydiyyatdan 
keçmək;


İmtahan: Məntiqi təfəkkür (fəza/riyazi), statisktika üzrə biliklərin və
rəqəmsal bacarıqların ölçülməsi;
Qeyd: İmtahanla bağlı məlumat qeydiyyat mərhələsi bitdikdən sonra elektron poçt 
vasitəsilə təqdim olunacaqdır.
Müsahibə: Müsahibə zamanı namizədlərin statistika və qiymətləndirmə
sahələrindəki bilik və bacarıqları (nəzəri və praktiki), həmçinin onların bu 
sahədə işləmək və inkişaf etmək istəyi qiymətləndirilir. Eyni zamanda, 
analitik düşüncə, problem həll etmə və komanda ilə işləmə bacarıqları da 
nəzərə alınır.


Proqramın 
strukturu
 Qiymətləndirmə və statistika üzrə təlimlər;
 Real datalar üzrə praktiki tapşırıqların yerinə yetirilməsi;
 Təqdim olunan data üzrə layihənin həyata keçirilməsi və nəticələrin 
təqdim olunması.
Gözlənilən 
nəticələr
 Sahə üzrə bilik və bacarıqların artırılması;
 Test və test tapşırıqlarının təhlilinin aparılması;
 Tədqiqat layihələri üçün data bazanın işlənməsi.
Qeydiyyat 
müddəti
24.01.2025-10.02.2025


Müraciət 
proseduru
Qeydiyyat keçidi təqdim olunur:
https://forms.gle/sZst5xHXb7UV2UBU8


Dövlət İmtahan 
Mərkəzi ilə əlaqə
Sözügedən təcrübə proqramı ilə bağlı suallarınızı 
[email protected] elektron poçtuna ünvanlaya bilərsiniz.

 

Proqrama müraciətlə bağlı qeyd edilən ətraflı məlumatı keçid vasitəsilə də əldə edə bilərsiniz

 

◾◾◾◾◾◾◾◾
📣⚠️👇🏻👇🏻👇🏻👇🏻⚠️📣
Digər vakansiyalardan, təcrübə proqramlarından, tədbirlərdan, təqaüd proqramlarından və s. faydalı məlumatlardan tez xəbər tutmaq üçün bizi sosial şəbəkələrdə də izləyə və ya üzv ola bilərsiniz 🤗:
🟢WhatsApp Kanalımız:  https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e 
🟩WhatsApp Qrupumuz:  https://chat.whatsapp.com/GUebHkikxWT9NTIMexy2eo
🔵 Teleqram kanalımız: https://t.me/EduOnlineAz
🟦 Teleqram qrupumuz: https://t.me/EduOnlineAzQrup
🔘 Facebook kanalımız:
https://www.messenger.com/channel/EduOnline.Az
🔷 Facebook səhifəmiz: https://www.facebook.com/EduOnline.Az
🔴 Instagram səhifəmiz: https://www.instagram.com/eduonline.az


Paylaş