2018-ci il bir çox mühüm hadisələrlə yadda qaldı. İstər təhsil, mədəniyyət, idman istər siyasət və digər sahələrdə bir çox vacib addımlar atıldı. Ölkəmiz bu il də bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Baş verən hadisələrin bir qismini əks etdirən qısa xronoliji ardıcıllığa nəzər yetirək:
Azərbaycanda növbəti prezident seçkiləri keçirildi
Aprelin 11-də Azərbaycanda növbəti prezident seçkiləri keçirildi. Səslərin 86,02 faizini toplayan İlham Əliyev seçkilərdə inamlı qələbə qazanaraq yeddiillik müddətə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Qoşulmama Hərəkatının nazirlər konfransı keçirildi
Aprelin 5-də Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib.
Nazirlər Kabinetinin yeni tərkibi təsdiq edildi
Aprelin 21-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqlədo. Novruz Məmmədov Azərbaycan Respublikasının Baş naziri təyin olundu. Hökumətin tərkibində bir sıra dəyişikliklər oldu. Bəzi nazirlik və komitələrə yeni rəhbərlər təyin edildi.
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirildi. Toplantı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzaladılar.
Azərbaycanın üçüncü peyki “Azerspace-2” orbitə buraxıldı
Sentyabrın 26-da Azərbaycanın üçüncü peyki olan “Azerspace-2” telekommunikasiya peyki Fransız Qvianasında yerləşən kosmodromdan – Qviana Kosmik Mərkəzindən uğurla orbitə buraxıldı.
ABŞ-ın “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunan “Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək.
Dəyəri 190 milyon ABŞ dolları olan “Azerspace-2” peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.
TANAP qaz kəməri istifadəyə verildi
İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsimünasibətilə təntənəli mərasim keçirildi.
TANAP-la Türkiyəyə 2019-cu ildə 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı nəql ediləcək. Boru kəməri gələn ilin birinci yarısında TAP qaz boru kəmərinə birləşmək üçün hazır olacaq.
Layihə üzrə kapital xərcləri 8 milyard dollardır. İndiyədək TANAP layihəsinə 5,7 milyard dollar xərclənib.
Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirildi
Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirildi və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vuruldu.
Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə və həmin ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi açıldı
Mayın 14-də Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı oldu.
Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü tikilib.
“SOCAR Polymer”in polipropilen zavodu açıldı
İyulun 18-də Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı oldu.
“SOCAR Polymer”in polipropilen zavodunda bazar araşdırmasına əsasən, 3 növdə - homopolimer, zərbəyə davamlı so-polimer, statistiki so-polimer polipropilen məhsulları istehsal olunur. Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkət olan “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 19 faiz artıracaq.
İzmirdə SOCAR-ın “Star” neft emalı zavodunun açılışı oldu
Oktyabrın 19-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirildi.
SOCAR-ın 6,3 milyard dollar investisiyası hesabına tikilən “Star” zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub. 2019-cu ildən etibarən tam gücü ilə işləyəcək zavodda ildə 5 milyon ton dizel yanacağı, 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 1 milyon ton qarışıq ksilen/reformat, mayeləşdirilmiş neft-qazı (LPG), neft koksu və kükürd istehsal ediləcək, 10 milyon ton xam neft emal olunacaq.
Masallı Sənaye Məhəlləsi istifadəyə verildi
Sentyabrın 18-də ümumi sahəsi 10 hektar olan Masallı Sənaye Məhəlləsinin açılış mərasimikeçirildi.
Sənaye məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur yaradılıb. İlk mərhələdə mebel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək, taxta emalı və məmulatları istehsalı, taxta evlərin hazırlanması ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən 5 milyon 230 min manat dəyərində 10 layihə təqdim edilib.
Bakıda VI Beynəlxalq Humanitar Forum keçirildi
Oktyabrın 25-26-da Bakıda VI Beynəlxalq Humanitar Forum keçirildi. “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən Forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə iştirak edib.
2018-ci il “Azərbaycan Xalq Cümhurriyyəti İli” elan edildi
Prezident İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzaladı və bu sərəncamdan irəli gələrək 2018-ci ildə həm ölkə ərazisində, həm də xarici dövlətlərdə bu əlamətdar hadisə ilə bağlı bir çox mühüm tədbirlər həyata keçirildi. Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil edildi.
Tədbirdə geniş nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqının bu tarixi hadisə ilə haqlı olaraq fəxr etdiyini, Cümhuriyyətin 23 aylıq qısa fəaliyyəti dövründə böyük işlər gördüyünü vurğuladı.
Azərbaycan parlamenti 100 yaşını qeyd etdi
Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirildi.
Xarici ölkələrdən dəvət olunmuş çoxsaylı qonaqların iştirak etdiyi iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söylədi. Dövlətimizin başçısı nitqində ölkəmizdə parlament institutunun formalaşması, keçdiyi yol barədə danışdı. Cümhuriyyət dövrü parlamentinin 200-dən çox qanun qəbul etdiyini, qadınlara səsvermə hüququ verdiyini vurğulayan Prezident Azərbaycan Milli Məclisinin əsası 100 il əvvəl qoyulmuş demokratik ənənələri bu gün uğurla davam etdirdiyini, milli maraqların tam şəkildə təmin olunmasında önəmli rolunu diqqətə çatdırdı.
Naxçıvanda 11 min hektara yaxın ərazi və Şərurun Günnüt kəndi işğaldan azad edildi
1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi və ətrafdakı mühüm strateji əhəmiyyətli yüksəkliklər, 11 min hektara yaxın ərazi 26 ildən sonra Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə azad olundu. Bununla da ordumuz daha əlverişli mövqelərə yiyələndi. “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edildi, Dərələyəz mahalının Arpa kəndi nəzarətə alındı. “Qızılqaya” yüksəkliyinin azad olunması ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı yaratdı.
Bakıda möhtəşəm hərbi paradlar keçirildi
İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Azadlıq meydanında təntənəli hərbi parad keçirildi. Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin 4 min nəfərədək şəxsi heyətin iştirak etdiyi möhtəşəm paradda 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq təyyarə və helikopter, ən müasir raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları nümayiş olundu.
Sentyabrın 15-də Azadlıq meydanında daha bir hərbi parad keçirildi. Bakının bolşevik-daşnak işğalından azad olunmasının 100 illiyinə həsr edilmiş paradı Azərbaycan və Türkiyə prezidentləri qəbul etdilər. Bu möhtəşəm parad Türkiyə Silahlı Qüvvələrinin məşhur “Mehtəran” birliyi “Mehtər marşı”nın, Azərbaycan və Türkiyə orduları hərbi qulluqçularının Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçməsi ilə yadda qaldı.
"Rainergy" qurğusunun yaradıcısı olan Reyhan Camalova ilk azərbaycanlı olaraq "Forbes"in siyahısına daxil edildi və BBC-nin 100 Qadın layihəsinə seçildi.
Reyhan Camalovanın adı "Forbes"-in Sənaye, istehsalat və enerji sahəsində "30 yaşdan aşağı 30 gənc araşdırmaçı" siyahısına daxil edildi. Reyhan Camalova Azərbaycandan bu siyahıya düşən ilk şəxsdir.
Azərbaycanlı Reyhan həmçinin, BBC-nin 100 Qadın layihəsinə seçildi.
2002-ci ildə Qubada anadan olan Reyhan yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunu yaradıb. Qurğu dörd əsas hissədən - yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.
Formula 1 üzrə dünya çempionatının dördüncü – Azərbaycan Qran-Pri yarışları keçirildi
27-29 Aprel tarixlərində Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü – Azərbaycan Qran-Pri yarışları keçirildi.
Bakı Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresinə ev sahibliyi etdi
Dekabrın 2-3-də Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresi keçirildi. 115 ölkədən 300-ə yaxın nümayəndənin iştirak etdiyi Konqresin ən mühüm qərarlarından biri parkur idmanının gimnastika növləri sırasına daxil edilməsi oldu.
Bakıda velosiped idmanının BMX növü və Cüdo üzrə dünya çempionatları keçirildi
İyunun 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı keçirildi. Çempionatda 43 ölkədən 1500-dən çox idmançı mübarizə apardı.
Sentyabrın 20-27-də Bakı daha bir mötəbər idman tədbirinə - cüdo üzrə dünya çempionatınaev sahibliyi etdi. 124 ölkədən 800-dək cüdoçunun iştirak etdiyi çempionatda Azərbaycan komandası iki medal qazandı.
“Yallı” UNESCO-nun təcili qorunma, “Dədə Qorqud irsi” isə reprezentativ siyahısına daxil edildi
UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında Azərbaycanın təqdim etdiyi “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına, Azərbaycanın Türkiyə və Qazaxıstanla birgə təqdim etdiyi “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi isə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi.