DİM: 2020-ci ildə keçiriləcək imtahanların tarixləri!

2020-ci ildə keçiriləcək imtahanların tarixləri haqqında məlumat:
2020-ci ilin ilk 3 ayı ərzində keçiriləcək imtahanların tarixləri haqqında məlumat

2020-ci ildə DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya

qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və

dövlət qulluğuna qəbul imtahanlarının tarixləri müəyyən olunub

Your code is here
Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə

imtahan yanvarın 26-da keçiriləcək.

Fevralın 2-də magistraturaya qəbul olmaq istəyənlər üçün kağız daşıyıcılar vasitəsilə

sınaq imtahanı keçiriləcək.

Fevralın 16-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər

Your code is here
üçün qəbul imtahanı modelinə uyğun sınaq imtahanı (I-IV ixtisas qrupları üzrə, II mərhələ)

keçiriləcək.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı fevralın 23-də

keçiriləcək.

Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün

Your code is here
buraxılış imtahanlarının (eləcə də əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanının)

birinci mərhələsi mart (1, 9, 15, 29 mart) ayında keçiriləcək.

Digər imtahanların qrafiki ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar kütləvi xarakter

daşıdığı üçün tədbirlərin qrafiki bir neçə dövlət orqanı ilə birgə müzakirə olunur, razılaşdırılır və

Your code is here
yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə elan olunur. Digər imtahanların da qrafiki

müəyyən olunduqdan sonra KİV-də məlumat veriləcək və Mərkəzin saytının “təqvim”

bölməsinə əlavə ediləcəkdir. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi

tövsiyə edirik.

=============================

Your code is here


2020-ci ildə DİM tərəfindən keçirilməsi nəzərdə tutulan rezidenturaya qəbul, buraxılış və

ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının tarixləri müəyyən olunub.

Məlum olduğu kimi, bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində DİM tərəfindən

Your code is here
keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq

imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul

imtahanlarının tarixləri elan olunmuşdu. Artıq 2020-ci ildə keçiriləcək digər imtahanların

tarixləri də müəyyən olunub.

Rezidenturaya qəbulun birinci mərhələsi aprelin 19-da, ikinci mərhələsi isə iyulun 17-də

Your code is here
keçiriləcəkdir.

Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının ikinci mərhələsi 7,

14 və 21 iyun tarixlərində keçiriləcəkdir.

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul

imtahanının ikinci mərhələsi isə 5 iyulda keçiriləcəkdir.

Your code is here
XI siniflər üzrə buraxılış imtahanları 5, 12 və 19 aprel tarixlərində təşkil olunacaq.

Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V

qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul

imtahanı aprelin 26-da keçiriləcək.

Ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın

Your code is here
11-də, II və III ixtisas qrupları üzrə isə mayın 17-də keçiriləcək. İkinci imtahan (yay imtahanı)

isə I və IV ixtisas qrupları üzrə iyunun 28-də, II və III ixtisas qrupları üzrə iyulun 10-da

keçiriləcək.

Digər imtahanların qrafiki ilə buradan tanış ola bilərsiniz.

İmtahanların qrafiki Mərkəzin saytının “təqvim” bölməsinə də əlavə ediləcəkdir.

Your code is here
Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik.


Paylaş