Çərşənbə, 25 Mart, 2026

Magistratura səviyyəsinə qəbul qaydaları sadələşdirilib!


  • Dərc edildi: 23 Yanvar, 2020 - 01:31
Magistratura səviyyəsinə qəbul qaydaları sadələşdirilib!

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə magistratura
səviyyəsinə qəbul qaydaları sadələşdirilib
“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər
Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Nazirlər Kabinetinin 13 yanvar 2020-ci il 6 nömrəli Qərarına əsasən beynəlxalq
təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə -
ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə
biliklərin qiymətləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulub. Əvvəllər bakalavrlar iki
mərhələdə – ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici
dil üzrə biliklərin qiymətləndirilməsi və ixtisas fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanda iştirak edirdilər.
Digər dəyişikliklərə əsasən, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas
magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı (məntiq, informatika,
xarici dil) nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə
razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını
verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı
verməlidirlər. Qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisas
seçiminə buraxılırlar. Qeyd edək ki, bu ixtisaslara qəbul qaydalarında dəyişikliklər
imtahanların məzmununa və mərhələlərin sayına təsir etməmişdir və əvvəlki
qaydalarda da ixtisas magistraturasına və jurnalistika üzrə ixtisaslaşmalara qəbul
olmaq istəyənlər imtahanın birinci mərhələsini verdikdən sonra qabiliyyət imtahanında
iştirak edirdilər.
Nazirlər Kabinetinin müvafiq dəyişikliklərlə bağlı qərarı ilə buradan tanış ola
bilərsiniz.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 152
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 290
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 56
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 54
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1058
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 509
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 291
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 536
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 157
VI Azərbaycan Astron...