3-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi

25-27 sentyabr tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 3-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2018” sərgisi keçiriləcək. Bu genişmiqyaslı tədbir regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biridir. Bu tədbir müasir silah və avadanlıqların möhtəşəm nümayişi, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir. Bir qayda olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “ADEX” sərgisini ziyarət edir. Sərginin təşəbbüskarı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyidir və sərgi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

Builki “ADEX” sərgisi dünyanın 32 ölkəsini təmsil edən 209-dan artıq şirkəti bir araya gətirəcək və Bakı Ekspo Mərkəzinin üç pavilyonunu, eləcə də açıq havada yerləşən meydançasını əhatə edəcəkdir. Azərbaycan, Belarus Respublikası, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr “ADEX 2018” sərgisində öz milli qrupları ilə çıxış edirlər. Bu il bir çox ölkə öz milli ekspozisiyasının sahəsini daha da genişləndirmişdir, belə ki, 2016-cı il ilə müqayisədə, Türkiyənin bron etdiyi ekspozisiya sahəsi 30% daha böyükdür. Həmçinin iştirakçılar arasında Bolqarıstan, Çin, İtaliya, Litva, Niderland Krallığı və digər ölkələrin müdafiə sektorunu təmsil edən aparıcı şirkətlər yer alır.

Bakı Ekspo Mərkəzinin üçüncü zalında isə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin pavilyonu yerləşəcək və bu pavilyonda yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş olunacaqdır. Burada, peşəkarlar, ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcud və inkişaf etməkdə olan potensialı ilə yaxından tanış ola biləcəklər. Bundan başqa, bu il Azərbaycandan “Vitta” Elmi-texniki şirkəti, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) və Hərbi Hava Qüvvələrinin Silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgidə ilk dəfə çıxış edirlər.

Sərgiyə mətbuat nümayəndələri də böyük maraq göstərir, belə ki, “ADEX 2018” sərgisinə informasiya dəstəyi 60-dan çox aparıcı beynəlxalq və yerli xüsusi media - jurnallar, veb saytlar, xəbər agentlikləri tərəfindən təmin olunub. Tədbirin baş informasiya tərəfdaşı Böyük Britaniyanın “IHS Jane's Defence Weekly” dərgisidir. Sərginin “onlayn” gündəliyi vəzifəsini Belçikanın “Army Recognition” jurnalı yerinə yetirir. “Azeri Defence” jurnalı isə sərginin informasiya tərəfdaşı qismində çıxış edir.

“ADEX” sərgisində həm hərbi, həm də ikili təyinatlı məhsullar təqdim edən müəssisə və təşkilatların sayı artır və sərgidə nümayiş olunan eksponatların sayı isə çoxalır. Beləliklə, “ADEX 2018” sərgisində Hava Hücumundan Müdafiə (HHM) və Raket Əleyhinə Müdafiə (RƏM) sistemləri, Hərbi gəmiqayırma, Silah sistemlərinin hazırlanması və modernləşdirilməsi, Hərbi-elmi tədqiqat, PUA sistemləri, Robot-texniki komplekslər, Atıcı silahlar, döyüş sursatları və təchizatları, demilitarizasiya sistemləri, raket və artilleriya silahları, reaktiv yaylım atəşi sistemi (RYAS), optik-elektron və lazer texnikası, zirehli texnika, sualtı qayıqlar, Hərbi Dəniz Qüvvələrinin (HDQ) kiber-təhlükəsizliyi, radioelektron müharibə və komandanlıq, idarəetmə, rabitə, kompüter, kəşfiyyat, müşahidə və məlumattoplama (C4ISR) sistemləri, hərbi dəmiryol qüvvələrinin texnika və avadanlıqları, silahların istehsalı, təmiri və utilizəsi üzrə texnologiya və avadanlıqlar, eləcə də digər sektorlar təqdim olunacaq. Bu il digər sektorlar ilə yanaşı, hərbi-aviasiya sənayesi sektoru da geniş təqdim olunur və bu sektorda “MİQ” (“МИГ”), “TUSAŞ”, “Leonardo”, “ОАК”, “Motor Siç” (“Мотор Сич”), “Rusiya Vertolyotları” (“Российские вертолеты”) və “Aeronautics Group” kimi dünyaca məşhur korporasiya və şirkətlər iştirak edəcəklər.

Ənənəvi olaraq, sərginin işgüzar proqramı çərçivəsində informativ və əyləncəli tematik tədbirlər, o cümlədən ölkənin müdafiə və təhlükəsizliyi üçün nəzərdə tutulmuş innovativ tədqiqat, məhsul və texnologiyalar sahəsində təqdimatlar, eləcə də sənaye nazirliklərinin rəhbərləri, xarici hərbi nümayəndə heyətləri, istehsalçı şirkətlər və sifarişçilər ilə ikitərəfli görüşlər keçiriləcək.

Beləliklə, “ADEX 2018” sərgisi ən son silah nümunələrini nümayiş etdirmək və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr imzalamaq üçün ideal platformaya çevriləcəkdir. Sərgi Bakı Ekspo Mərkəzində keçiriləcək.

Yüzilliklər boyu müəllimlərin istifadə etdikləri əsas vasitələr dinamik inkişaf edən ən müasir kommunikasiya texnologiyaları ilə yanaşı nitq və adi lövhə olmuşdur. İş adamlarına gəldikdə isə, onlar iş birliyi qurulan zaman potensial tərəfdaşın gözünün içinə baxmaqla onun əlini bərk-bərk sıxmağa üstünlük verirlər. İnsan sosial varlıq olaraq istər elektron, istərsə də çap materiallarından bir vasitəçi kimi istifadə etməklə ilə ünsiyyət qurmaq zəruriyyətindən heç vaxt xilas ola bilməyəcək.

Bu gün sərgi bu cür ünsiyyət qurmaq üçün unikal bir platformadır. Məhz buna görə də, sərgilərin hər şeydən əvvəl təəssüratlar baxımından oynadığı rol ildən-ilə inkişaf edir. Axı sərgilər insanları başqa bir aləmə apararaq fərdi maraq dairəsinə düşən hər hansı bir sənaye və ya sahədə mövcud olan yaxşıların ən yaxşını bir dam altında toplamaq gücünə malikdir!

Ticarət sərgiləri sənaye mütəxəssisləri olan peşəkarlar, habelə ayrı-ayrı fərdlər üçün geniş imkanlar yaradır və yeni nəsil üçün yeni texnologiya və ideyalar aləminə, nəhayət, yeni biliklərə yol açır. Sərgilər məhsul və xidmətlər ilə yaxından tanış olmaq, istehsalçı və təchizatçılar ilə görüşərək ünsiyyət qurmaq imkanını təmin edir. Burada hər hansı bir məhsulu yerindəcə görmək və iştirakçılara öz məhsulları barədə çoxlu suallar vermək mümkündür. İştirakçılar isə sizinlə həm öz iş təcrübələri ilə bölüşəcək, həm də sizin faydalı tərəfdaş və həmkarlarınıza çevriləcəklər.

Beləliklə, sərgiləri ziyarət etməklə Siz aşağıdakı unikal şanslara malik olursunuz:

  • Sənaye yenilikləri ilə tanış olmaq

  • Bazarın tələbatını öyrənmək və yeni ideyalar əldə etmək

  • Yeni əlaqələr qurmaq

  • Mövcud müştəriləriniz ilə qarşılıqlı münasibətləri möhkəmləndirmək

  • Canlı dialoq aparmaqla digər informasiya mənbələrində heç də həmişə mövcud olmayan məlumatlar əldə etmək

  • Qısa vaxt ərzində geniş çeşidli məhsullar ilə tanış olmaq

  • Yeni məhsullar/texnologiyalar üzrə təchizatçılar seçmək və onları qiymətləndirmək

  • Bir məhsulu digəri ilə müqayisə etmək

  • İş birliyi qurmaq

  • Tanınmış istehsalçıların agent/distribütorlarına çevrilmək

  • Texniki biliklər almaq

  • Texniki heyət ilə görüşmək və problemlərin, yaxud yenidən təchizat məsələlərinin həlli yolunun tapılması ətrafında müzakirələr aparmaq

  • Obyektiv və işgüzar mühitdə biznes məsələlərini müzakirə etmək

  • Qiymət ilə keyfiyyət arasında birbaşa asılılığı təyin etmək

  • Məlumatlar bazasını tərtib etmək və onu yeniləmək

  • Əməkdaşlıq, birlik və birgə müəssisələrin təməlini qoymaq

  • Müasir inovasiyalar və yeni texnologiyalar səviyyəsində olmaq

  • Sərmayə və tərəfdaşların axtarışı üçün tələb olunan müxtəlif sorğu xidmətlərindən yararlana bilmək imkanı.


Yalnız sərgilər Sizə ən qısa zaman kəsiyində, vaxt sərf etmədən bir çox səriştəli mütəxəssislər ilə ünsiyyət qurmaq imkanını təqdim edir və onlar ilə görüşmək üçün səfərlərə xərclənəcək külli miqdarda maddi vəsaitə qənaət etmənizə şərait yaradır.







Tədbirin iş saatları

 


















25 sentyabr, Çərşənbə axşamı 11:00 - 18:00
26 sentyabr, Çərşənbə 10:00 - 18:00
27 sentyabr, Cümə axşamı 10:00 - 18:00

 

Nəzərinizə çatdırmaq istərdik ki, ziyarətçilərin tədbirə girişi tədbirin iş vaxtının bitməsinə 30 dəqiqə qalmış dayandırılacaqdır.









Keçirildiyi yer



"Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzi
Ünvan: AZ1050, Azərbaycan, Bakı,
Suraxanı rayonu, Heydər Əliyev pr., 515



Sərgiyə necə gəlmək olar:

"Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzi Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 3 dəqiqəlik məsafədə yerləşir.

Sərgi ziyarətçiləri şəhər nəqliyyatından faydalana bilərlər:

  • "Koroğlu" metro stansiyasından - N 136, 160, 171


 



 







Ziyarət qaydaları

Sizi tədbiri ziyarət edən qonaqlardan biri kimi salamlamağa məmnunuq!

Diqqət! 25-27 sentyabr tarixində sərgiyə giriş yalnız hərbiçilər, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının işçiləri, habelə hərbi və müdafiə sənayesində, eləcə də əlaqədar sektorlarda çalışan şəxslər, o cümlədən ali hərbi təhsil müəssisələrinin tələbələri üçün açıq olacaqdır. Şəxsiyyət və xidməti vəsiqələri özünüzlə gətirməyiniz xahiş olunur.
Kommersiya strukturlarında çalışan şəxslər 27 sentyabr tarixində şəxsiyyət vəsiqəsini təqdim etməklə sərgini ziyarət edə biləcəklər.
Tələbələr sərgiyə yalnız 27 sentyabr tarixində daxil ola bilərlər. Girişdə tələbə biletini göstərmək kifayətdir.


Siz tədbiri dəvətnamə və ya tədbirin internet səhifəsində qeydiyyatdan keçməklə əldə edəcəyiniz elektron biletlə ziyarət edə bilərsiniz. Vebsaytda qeydiyyatdan keçməklə, Siz tədbirə dair bütün materialları "FAST TRACK"masasından alacaqsınız və bununla da tədbirdə qeydiyyat üçün sərf edəcəyiniz vaxta qənaət etmiş olacaqsınız.

Ziyarətçinin döş nişanı bu imkanları verir:

  • Tədbirin bütün iş günlərində tədbiri pulsuz ziyarət etmək;

  • Qeydiyyatdan keçmək üçün növbəyə durmadan tədbirə daxil olmaq;

  • Tədbir ilə bağlı məlumatlar paketini əldə etmək;

  • Tədbirin işgüzar proqramında iştirak etmək (seminarlar, konfranslar, təqdimat mərasimlərində iştirak etmək üçün ayrıca dəvətnaməyə ehtiyac yoxdur).


» Dəvətnaməni əldə edin









Sərgi kompleksinin ərazisində servis xidmətləri


  • Tibb məntəqəsi

  • Restoran

  • Qəhvə evi

  • Bankomat

  • Sərgi təşkilatçılarının stendi

  • Enerji yükləmə stansiyası

  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi




 




Sizi tədbirdə gözləyirik!
Paylaş