Bazar, 15 Fevral, 2026

Cənub bölgəsində yerli gənclər üçün yeni bir regional layihə başlayır! - QEYDİYYAT


  • Dərc edildi: 15 Oktyabr, 2024 - 18:42
Cənub bölgəsində yerli gənclər üçün yeni bir regional layihə başlayır! - QEYDİYYAT

Cənub bölgəsində yerli gənclər üçün yeni bir regional layihənin icrasına başlanıldı.


Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində ““COP29” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində region gənclərinin ekoloji maarifləndirilməsi” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. 

Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 7500 (yeddi min beş yüz) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi gənclərin ekoloji şüur, ekoloji tərbiyə və ekoloji mədəniyyətinin inkişaf etdirilməsi ilə əlaqədar olaraq onların ekoloji bilik və təcrübələrinin artırılması və yerli gənclər arasında “COP29” və “Yaşıl dünya naminə həmrəylik ili”ni təbliğ etməkdən ibarətdir.

 Layihənin müddəti 3 ay olmaqla, 15 sentyabr – 15 dekabr 2024-cü il tarixlərini əhatə edir. 

Layihə çərçivəsində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə 21.10.2024-cü il tarixində Lənkəran, 22.10.2024-cü il tarixində Cəlilabad, 28.10.2024-cü il tarixində Astara, 29.10.2024-cü il tarixində Lerik və 05.11.2024-cü il tarixində Masallı şəhərində 16-29 yaş arası 20 nəfər gənc üçün yarım günlük təlim kursu təşkil olunacaqdır. 

Məlumat üçün bildiririk ki, təlim kursunda iştirak etmək istəyən gənclər bu linkdən (daxil olun) ətraflı tanış olub ictimai birliklə əlaqə saxlaya bilərlər. Əlavə edək ki, təlim kurslarında iştirak edən gənclərə MAGİYA ictimai birliyi tərəfindən müvafiq sertifikatlar və aidiyyəti flayerlər təqdim olunacaqdır.

 

◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾
⚠️⚠️
Digər vakansiyalardan, təcrübə proqramlarından, tədbirlərdan, təqaüd proqramlarından və s. faydalı məlumatlardan tez xəbər tutmaq üçün bizi sosial şəbəkələrdə də izləyə və ya üzv ola bilərsiniz :
WhatsApp Kanalımız:  https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e 
WhatsApp Qrupumuz: 
https://chat.whatsapp.com/GUebHkikxWT9NTIMexy2eo
Teleqram kanalımız: https://t.me/EduOnlineAz
Teleqram qrupumuz: https://t.me/EduOnlineAzQrup
Facebook səhifəmiz: https://www.facebook.com/EduOnline.Az
Instagram səhifəmiz: https://www.instagram.com/eduonline.az

 

 

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 173
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 341
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 51
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 226
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 341
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 436
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 542
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 85
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 389
Ted1.az saytı SATILI...