Şənbə, 21 Mart, 2026

Kibertəhlükəsizlik üzrə 6 aylıq Ödənişsiz Təlim Kursu!


  • Dərc edildi: 5 Noyabr, 2024 - 03:11
Kibertəhlükəsizlik üzrə 6 aylıq Ödənişsiz Təlim Kursu!

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat davam edir.


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin yeni dalğası üçün qeydiyyat elan edir.


Təlimlərdən yararlanmaq üçün 17 yaşdan yuxarı, ingilis dili bilikləri və baza İKT bacarıqlarına malik olan Azərbaycan vətəndaşları müraciət edə bilərlər.
Qeydiyyatdan keçmiş namizədlər növbəti mərhələdə ardıcıl olaraq imtahan və müsahibə proseslərinə cəlb olunacaqlar. İsrailli mütəxəssislərin keçirəcəyi imtahanda namizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, İKT üzrə bilik və bacarıqları, ingilis dili səviyyəsi yoxlanılacaq. Daha sonra müsahibəyə cəlb olunaraq bu mərhələni uğurla keçən 60 nəfər təlimlərdə ödənişsiz formada iştirak hüququ əldə edəcək. Hər bir mərhələ üzrə yalnız ən yüksək göstəricilərə sahib şəxslər sonrakı mərhələdə iştirak hüququ qazanacaqlar.


Proqrama qəbul olunanlara “Technion” İnstitutunun akademik heyəti və tədris metodologiyasına əsasən dərslər keçiləcək, nəzəri və praktiki biliklər öyrədiləcək. Təlimlər 6 ay müddətində saat 09:00-dan 16:00-a qədər dərslər,16:00-dan 21:00-dək praktiki məşğələlər davam edəcək. 
Proqram çərçivəsində 2 qrup mütəxəssisin hazırlanması planlaşdırılır: “Red Team” (hücum), “Blue Team” (müdafiə). Komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Proqramı uğurla bitirənlərə “Technion” Texnologiya İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.


Təlimlərdə iştirak etmək istəyən namizədlər linkədaxil olaraq qeydiyyatdan keçə bilərlər: 
Qeydiyyat üçün son tarix 8 noyabr 2024-cü ildir.


Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən  bu günə qədər 180  nəfər məzun olub. Onlar artıq həm dövlət qurumlarında, həm özəl sektorda çalışaraq mərkəzi uğurla təmsil edirlər. Hazırda isə seçilmiş digər 60 nəfərin tədrisi davam edir. Tədris müddətində ixtisaslaşmış kadr hazırlığı ilə yanaşı, məlumatlandırma, yüksək vəzifəli kibertəhlükəsizlik mütəxəssislərinin ixtisas artırması, kibertəhlükəsizlik məhsullarının araşdırılması və məhsul hazırlığı istiqamətində də təlimlər keçirilir.

 

◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾
⚠️⚠️
Digər vakansiyalardan, təcrübə proqramlarından, tədbirlərdan, təqaüd proqramlarından və s. faydalı məlumatlardan tez xəbər tutmaq üçün bizi sosial şəbəkələrdə də izləyə və ya üzv ola bilərsiniz :
WhatsApp Kanalımız:  https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e 
WhatsApp Qrupumuz:  https://chat.whatsapp.com/GUebHkikxWT9NTIMexy2eo
Teleqram kanalımız: https://t.me/EduOnlineAz
Teleqram qrupumuz: https://t.me/EduOnlineAzQrup
Facebook səhifəmiz: https://www.facebook.com/EduOnline.Az
Instagram səhifəmiz: https://www.instagram.com/eduonline.az

 

Ən Son Məqalələr

Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 160
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 40
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 45
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1040
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 473
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 278
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 520
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 146
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 395
Digital Marketing üz...