Cümə, 6 Fevral, 2026

Lənkəranda "Yaşıl dünya naminə həmrəylik ili" və COP29 ilə bağlı festival təşkil olunacaq


  • Dərc edildi: 7 Noyabr, 2024 - 21:09
Lənkəranda "Yaşıl dünya naminə həmrəylik ili" və COP29 ilə bağlı festival təşkil olunacaq

 

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Eyni zamanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.  

COP29 tədbiri zamanı respublikamıza gələn minlərlə turistə Azərbaycanın əsas turizm bölgələrindən biri olan Cənub bölgəsinin ekoturizm və aqro-turizm potensialını, zəngin adət-ənənələrini, mədəniyyətini nümayiş etdirmək məqsədi ilə Dövlət Turizm Agentliyinin Lənkəran Regional Turizm İdarəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lənkəranda "Yaşıl dünya naminə həmrəylik ili" və COP29 ilə bağlı festival təşkil olunacaqdır. 

Festivalda bölgədə fəaliyyət göstərən dövlət və özəl müəssisələrin iştirakı nəzərdə tutulmuşdur. Festivalın 16 noyabr tarixində saat 11:00-dan 17:00 kimi Lənkəran şəhərinin qədim hissəsi olan Qala xiyabanı boyunca təşkil olunacaqdır. 

Festival zamanı aşağıdakı  fəaliyyətlərin və işlərin görülməsi təmin olunacaqdır:

1. Qala xiyabanı boyunca quraşdırılmlş çadırlarda müxtəlif sərgilərin qurulması.

2. Cənub bölgəsində fəaliyyət göstərən  Milli Parkların pavinlyonları ilə tanışlıq.

3. Uşaq və yeniyetmələr üçün müxtəlif əyləncələrin təşkili.

4. Yerli mətbəx nümünələrinin masterklasslarının nümayişi

9. Yerli suvenirləin və əl işlərinin satış yarmarkası

10. Çay süfrəsi və şirniyyatlar (tədbir boyu)

11. Cənub bölgəsində fəaliyyət göstərən çayçılıq təsərrüfatlarının satış-sərgiləri. 

12. Eko turizm güşəsinin hazırlanması.

13. Fotozona

14. Günəş vasitəsi ilə enerji alınması qurğularının nümayişi.

15. Müxtəlif rəqs və sənətkarlıq qruplarının nömrələri.

16. DJ musiqisi.

17. Fotosərgi.

18. Street art (canlı portretlərin və şarjların çəkilişi)

19. Sənətkarlar tərəfindən masterklasslar.

20. Sitrus meyvələrinin sərgi satışı.

 

Tədbirdə iştirak etmək sərbəstdir.

 

 

◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾
⚠️⚠️
Digər vakansiyalardan, təcrübə proqramlarından, tədbirlərdan, təqaüd proqramlarından və s. faydalı məlumatlardan tez xəbər tutmaq üçün bizi sosial şəbəkələrdə də izləyə və ya üzv ola bilərsiniz :
WhatsApp Kanalımız:  https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e 
WhatsApp Qrupumuz:  https://chat.whatsapp.com/GUebHkikxWT9NTIMexy2eo
Teleqram kanalımız: https://t.me/EduOnlineAz
Teleqram qrupumuz: https://t.me/EduOnlineAzQrup
Facebook səhifəmiz: https://www.facebook.com/EduOnline.Az
Instagram səhifəmiz: https://www.instagram.com/eduonline.az

 

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 116
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 242
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 27
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 187
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 280
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 382
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 488
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 65
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 352
Ted1.az saytı SATILI...