4 günlük Festival: İlin ən möhtəşəm gənclər tədbiri – “Gənc Fest” (ƏTRAFLI MƏLUMAT / QEYDİYYAT) - YENİLƏNİB...

🤩 İlin ən möhtəşəm gənclər tədbiri – “Gənc Fest”🎉

23-26 noyabrda Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Gənc Fest” festivalı keçiriləcək.

Su İdmanı Sarayı ərazisində yerləşən Avropa Oyunları Parkında 4 gün davam edəcək tədbirə 16 yaşdan 29 yaşadək hər kəs qatıla bilər.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, gənclərlə görüşünün 30 illiyinə həsr olunan festivalda gənclər üçün bir-birindən maraqlı və interaktiv fəaliyyətlər təşkil olunacaq, iştirakçılar sertifikat qazanmaq şansı əldə edəcəklər.

🎼 Festival günlərində canlı musiqi, DJ və əyləncəli proqramlar gənclərə rəngarəng anlar yaşadacaq.

ℹ️ Tədbir məkanına giriş yalnız qeydiyyat kartı ilə mümkündür. Qeydiyyatdan keçmək istəyənlər aşağıdakı link vasitəsilə (https://tinyurl.com/y5f2znh2) qeydiyyatdan keçə bilərlər.

 

Qeydiyyatdan keçmiş, lakin akkreditasiyasını götürməyən şəxslər 20-22 noyabr 2023-cü il tarixlərində saat 9:00-18:00 aralığında BEGOC Biznes Mərkəzinin birinci mərtəbəsində yerləşən BCC Akademiyadan və ya 23-26 noyabr tarixlərində tədbir keçiriləcək məkanın girişində quraşdırılmış akkreditasiya ofisində akkretasiyalarını əldə edə bilərlər.

 

============

🤩 İlin ən möhtəşəm gənclər tədbiri – “Gənc Fest”🎉

21-24 sentyabrda Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “Gənc Fest” festivalı keçiriləcək.

Su İdmanı Sarayı ərazisində yerləşən Avropa Oyunları Parkında 4 gün davam edəcək tədbirə 16 yaşdan 29 yaşadək hər kəs qatıla bilər.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, gənclərlə görüşünün 30 illiyinə həsr olunan festivalda gənclər üçün bir-birindən maraqlı və interaktiv fəaliyyətlər təşkil olunacaq, iştirakçılar sertifikat qazanmaq şansı əldə edəcəklər.

🎼 Festival günlərində canlı musiqi, DJ və əyləncəli proqramlar gənclərə rəngarəng anlar yaşadacaq.

ℹ️ Unudulmaz gənclər tədbirinə qatılmaq istəyənlər www.gencfest.az səhifəsində və ya aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər. Tədbir məkanına giriş yalnız qeydiyyat kartı ilə mümkündür. Onlayn qeydiyyatdan keçdikdən sonra qeydiyyat kartları (akkreditasiya) sentyabrın 18-dən 20-dək BEGOC Biznes Mərkəzinin 1-ci mərtəbəsində yerləşən BCC Akademiyadan (saat 10:00-dan 17:00-dək) şəxsiyyət vəsiqəsini göstərməklə götürmək olar.

İştirak etmək ödənişsizdir.

Bakı Su Idman sarayı ərazisində yerləşən Avropa Oyunları Parkı 2015-ci ildə təşkil olunmuş məşhur Avropa Oyunları da daxil olmaqla müxtəlif növ tədbirlərə ev sahibliyi etməklə beynəlxalq nüfuz qazanmışdır. Bakının mərkəzində yerləşən Avropa Oyunları Parkı ən müasir standartlara cavab verən təsisləri və gözoxşayan yerləşməsi ilə "GəncFest" üçün ideal bir məkandır.

Fiziki hazırlıq standartları


Təlimin məzmunu normativ tələbləri müxtəlif yaş qrupuna aid gənc nəslin həftəlik hərəkət fəallığını özündə əks etdirir. Həftəlik hərəkət fəallığı mövcud normativlərin yerinə yetirilməsinə sərbəst şəkildə zəruri hazırlığı keçmək, fiziki keyfiyyətlərin inkişafı, sağlamlığın qorunması və möhkəmləndirilməsi üçün müxtəlif hərəkət fəaliyyəti növlərinin minimal həcmini nəzərdə tutur.

Debat


Özündə mübahisə, müzakirə, ziddiyyət, hər hansı bir toplantıda ictimai mövzularla bağlı müzakirəni birləşdirən çəkişmə fəaliyyətidir. Debat interaktiv və müxtəlif əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur. Debatda məntiqi davamlılıq, faktların dəqiqliyi və auditoriyaya emosional müraciət inandırma üçün mühüm rol oynayır və məsələni daha üstün kontekstdə və çərçivədə, daha mahircəsinə əsaslandıra bilən tərəf digərini üstələyir. Gənclər Festivalında Debatlar “Bərpa Olunan Enerji”, “Nüvə Enerjisi”, “Su Çatışmazlığı”, “Texnologi İnnovasiyalar” kimi ekoloji mövzularda keçiriləcək.

Effektiv komanda işi üzrə təlim


Gənclər üçün komanda işi təlimi gənc fərdlərə əməkdaşlıq bacarıqlarını inkişaf etdirməyə kömək etmək üçün hazırlanmışdır. Bu, adətən, gəncləri birlikdə səmərəli işləməyə təşviq edən interaktiv fəaliyyətləri, qrup layihələrini və ünsiyyət təlimlərini əhatə edir. Məqsəd gəncləri həm akademik, həm də real dünya şəraitində inkişaf etməyə hazırlamaq, komanda işi, problem həll etmə və insanlarla ünsiyyət bacarıqlarını aşılamaqdır.

 



Skautinq


Skautun məqsədi gənclərin özünə, başqa insanlara və təbiətə hörmət etmələrini, sosial məsuliyyətlərini dərk etmələrini və cəmiyyətə töhfə vermələrini təmin etməkdir. Skaut müxtəlif tədbirlər və proqramlar təklif edir. Bunlara düşərgə, gəzinti, təbiət gəzintiləri, elmi tədqiqat layihələri və sosial layihələr daxildir. Skautun proqramları gənclərdə fiziki aktivlik, liderlik bacarıqları, öyrənmə bacarıqları,sosial məsuliyyət və təbiətə sevgi kimi keyfiyyətləri inkişaf etdirmək məqsədi daşımaqla yanaşı gənclərin sosial, mədəni və fiziki inkişafına töhfə verir. Skaut proqramları cəmiyyətə töhfə verməyə və sosial məsuliyyətlərini dərk etməyə təşviq edir.







Nailiyyət kitabçası


Həm xatirələr topla, həm nailiyyətlər qazan!

"GəncFest"ə qoşulan gənclər əvvəlcədən müəyyən edilmiş təlimləri uğurla tamamlayaraq müvafiq möhürləri toplayıb, öz nalliyyət kitabçalarını xoş xatirəyə çevirə bilərlər.



Sertifikat


Bu sertifikat əvvəlcədən müəyyən edilmiş təlim proqramlarını uğurla başa vurmuş və nailiyyət kitabçasında həmin təlimlərə müvafiq möhürləri toplamış şəxslərə verilir.

MUSİQİ VƏ ƏYLƏNCƏ


Festivalda təlimlərlə yanaşı hər günün sonunda tədbirə daha da rəng qatacaq musiqili əyləncə proqramı təşkil ediləcək. Gənclər günün əsas hissəsni başa vurduqdan sonra bu partilərdə əylənə və günü ən yüksək əhvalda başa vura biləcəklər.



Festival Cədvəli
































21 sentyabr
10:00 - 11:30 ƏSAS TƏDBİRLƏR
11:30 - 13:30 NAHAR / ASUDƏ VAXT
13:30 - 17:30 ƏSAS TƏDBİRLƏR
17:30 - 19:00 ŞAM YEMƏYİ / ASUDƏ VAXT































22 sentyabr
10:00 - 11:30 ƏSAS TƏDBİRLƏR
11:30 - 13:30 NAHAR / ASUDƏ VAXT
13:30 - 17:30 ƏSAS TƏDBİRLƏR
17:30 - 19:00 ŞAM YEMƏYİ / ASUDƏ VAXT
19:00 - 23:00 ƏYLƏNCƏ PROQRAMI































23 sentyabr
10:00 - 11:30 ƏSAS TƏDBİRLƏR
11:30 - 13:30 NAHAR / ASUDƏ VAXT
13:30 - 17:30 ƏSAS TƏDBİRLƏR
17:30 - 19:00 ŞAM YEMƏYİ / ASUDƏ VAXT
19:00 - 23:00 ƏYLƏNCƏ PROQRAMI































24 sentyabr
10:00 - 11:30 ƏSAS TƏDBİRLƏR
11:30 - 13:30 NAHAR / ASUDƏ VAXT
13:30 - 17:30 ƏSAS TƏDBİRLƏR
18:00 - 19:00 BAĞLANIŞ MƏRASİMİ
19:00 - 23:00 ƏYLƏNCƏ PROQRAMI






 





#Gənclərİdman Baku City Circuit #birkimibirlikdə #gencfest
Paylaş