Cümə, 27 Mart, 2026

"BİRLİKDƏ BACARA BİLƏRİK / QADINLAR STEM-də” Ödənişsiz İnkişaf Proqramı - Cənub bölgəsində yaşayan Xanımların Nəzərinə!


  • Dərc edildi: 19 Noyabr, 2023 - 20:30
"BİRLİKDƏ BACARA BİLƏRİK / QADINLAR STEM-də” Ödənişsiz İnkişaf Proqramı - Cənub bölgəsində yaşayan Xanımların Nəzərinə!

#ödənişsiz Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Biləsuvarda yaşayan xanımların Nəzərinə. "BİRLİKDƏ BACARA BİLƏRİK / QADINLAR STEM-də” İnkişaf Proqramına qoşul, gələcək karyeranı STEM sahəsində qur! STEM (Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat) sahələrində öz bilik və bacarıqlarını artırmaq istəyən, Azərbaycanın cənub bölgəsində (Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Biləsuvar) yaşayan 15-30 yaşlı gənc xanımların nəzərinə! Bu layihə məhz sizin üçündür! “SmartNation” platforması tərəfindən həyata keçirilən bu layihə Rumıniya səfirliyinin maliyyə dəstəyi və BMT İnkişaf Proqramının təşkilati dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi STEM üzrə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən və karyerasını bu sahədə qurmağı planlayan 15-30 yaşlı gənc xanımlara dəstək olmaqdır. Layihə çərçivəsində baş tutacaq təlimlər STEM sahələrində kifayət qədər təcrübəsi olan və cəmiyyətdə bir çoxları tərəfindən tanınmış peşəkar mütəxəssislər tərəfindən aparılacaq. Üç ay davam edəcək layihə müddətində iştirakçılara STEM ilə yanaşı, həmçinin gələcəyin peşə və bacarıqları ilə əlaqəli sa

hələrdə təlimlər keçiriləcək. Bu sahədə xanımlara karyera planlaması, onların peşəkar inkişafı üçün lazım olan digər “yumşaq” bacarıqların aşılanması, eyni zamanda, əmək bazarında özlərini reallaşdırmaları istiqamətində ekspert mentorlar tərəfindən dəstək veriləcək. Eyni zamanda, layihə müddətində atalarınızın və ya həyat yoldaşlarınızın da prosesə cəlb olunması ilə onlara STEM-in gətirdiyi imkanlarla bağlı interaktiv təlim sessiyaları təşkil ediləcək. Yaxınlarınız sizin ən böyük dəstəkçiniz olacaq. Kimlər müraciət edə bilər?✅ - Azərbaycanın cənub bölgəsində (Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Biləsuvar) yaşayan 15-30 yaşlı xanımlar; - STEM üzrə həvəsli olan, bu sahədə karyera qurmaq istəyənlər; - Bu sahədəki potensiallarını peşəkar səviyyədə reallaşdırmaq istəyənlər; Qeydiyyat linki: https://forms.gle/hAzMyKRdSqvL4XpWA Qeyd: Layihədə iştirak ÖDƏNİŞSİZDİR. ⏳Son qeydiyyat tarixi və vaxtı: 25.11.2023, 23:59-dək Proqramla bağlı əlavə suallarınız olarsa, [email protected] e-poçt ünvanına yaza və ya (+994) 51 476 54 78 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 192
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 356
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 64
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 62
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1069
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 531
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 299
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 544
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 162
VI Azərbaycan Astron...