Necə deyərlər, həmişə səyahətdə!
Çünki AZAL 50-dən çox istiqamət üzrə pulsuz gediş-dönüş aviabiletləri təqdim edən yeni müsabiqəyə start verir! ✈️
Müsabiqə tarixləri: 21-27 fevral
Hədiyyələr: 60 ödənişsiz aviabilet, hər birinə 23 kq baqaj daxildir!
✨ 30 qalib seçiləcək: Hər qalib 2 gediş-dönüş bileti əldə edəcək.
Necə iştirak etmək olar?
18 yaşdan yuxarı olan şəxslər aşağıdakı linkə daxil olub anketi dolduraraq müsabiqədə iştirak edə bilər!
İştirak üçün qeydiyyat linki aşağıda yerləşir.
Fevralın 28-də “Facebook”da canlı yayımda təsadüfi yolla 30 qalib elan olunacaq.
Qeyd:
Hər iştirakçı müsabiqəyə yalnız bir dəfə qatıla bilər.
Çarter və kod-şer reysləri müsabiqəyə daxil deyil.
Bu inanılmaz fürsəti qaçırmayın – AZAL-dan pulsuz aviabiletlər qazanın və sevdiyiniz istiqamətə səyahət edin!
***
Ad, soyad, e-mail ünvanınızı, doğum tarixinizi, mobil nömrənizi, pasportunuzun seriya və nömrəsini anketdə qeyd etməklə müsabiqəmizdə iştirak edə bilərsiniz. Qeyd edək ki, müsabiqədə hər kəsin bir dəfə iştirak etmək şansı var.
18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları və əcnəbilər müsabiqəmizdə iştirak edə bilər.
“Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşları və 18 yaşına çatmamış şəxslər.
Müsabiqə başladığı tarixdən 27 fevral tarixinədək anketi dolduran iştirakçılar arasından 28 fevral tarixində saat 15:00-da təsadüfi seçim yolu ilə 30 qalib müəyyən ediləcək. Seçim mərhələsi və qaliblər haqqında məlumat “Facebook” və “LinkedIn” sosial media hesablarımızda canlı yayımlanacaq.
Qaliblərimizə 2 ədəd gediş-dönüş bileti təqdim olunacaq. Siz biletlərinizdən birini özünüz istifadə etməklə digərini istənilən şəxsə hədiyyə edə bilərsiniz. Qeyd edək ki, biletlərin eyni uçuşa alınması vacib şərtdir.
Qaliblərimizə 2 ədəd gediş-dönüş bileti təqdim olunacaq. Bu zaman isə Siz biletlərinizdən birini özünüz istifadə etməklə digərini istənilən şəxsə hədiyyə edə bilərsiniz. Qeyd edək ki, biletlərin eyni uçuşa alınması vacib şərtdir.
1 aprel 2025-ci il tarixindən 31 oktyabr 2025-ci il tarixinədək istədiyiniz dövrü seçə bilərsiniz. Qalib olduqdan sonra seçim etmək üçün ən son tarix 31 mart 2025-ci ildir. Seçim etdikdən sonra biletləri qaytarmaq və ya uçuş tarixində dəyişiklik etmək mümkün deyil.
Müsabiqədən yararlanmaq istəyirsinizsə məlumatlarınızın anketə düzgün daxil edilməsinə diqqət yetirin.
24 saat fəaliyyət göstərən çağrı mərkəzinə +994 (12) 598 88 80 nömrəsi ilə müraciət edə bilərsiniz. Azərbaycandan daxil olan zənglər üçün qısa nömrə *8880 nəzərdə tutulmuşdur.
Qaliblərə bu şəhərlər üzrə reyslər olacaq:
1. Bakı
2. Naxçıvan
3. Gəncə
4. Füzuli
5. Vyana
6. Paris
7. Praqa
8. Batumi
9. Tbilisi
10. Pekin
11. Berlin
12. Mumbay
13. Yeni Dehli
14. Təl-Əviv
15. Milan
16. Aktau
17. Almatı
18. Astana
19. Küveyt
20. Bişkek
21. Manama
22. Kişinyov
23. Tivat
24. İslamabad
25. Karaçi
26. Lahor
27. Doha
28. Həştərxan
29. Yekaterinburq
30. Qroznı
31. Kazan
32. Mahaçqala
33. Mineralnıye Vodı
34. Moskva
35. Novosibirsk
36. Samara
37. Soçi
38. Sankt-Peterburq
39. Ufa
40. Dammam
41. Ciddə
42. Mədinə
43. Ər-Riyad
44. Barselona
45. Şarm Əl-Şeyx
46. Düşənbə
47. Ankara
48. Antalya
49. Bodrum
50. Dalaman
51. İstanbul
52. İzmir
53. Trabzon
54. Dubay
55. London
56. Səmərqənd
57. Daşkənd
İştirak üçün qeydiyyat linki
http://campaigns.azal.az/
◾◾◾◾◾◾◾◾
⚠️⚠️
Digər vakansiyalardan, təcrübə proqramlarından, tədbirlərdan, təqaüd proqramlarından və s. faydalı məlumatlardan tez xəbər tutmaq üçün bizi sosial şəbəkələrdə də izləyə və ya üzv ola bilərsiniz :
WhatsApp Kanalımız: https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e
WhatsApp Qrupumuz: https://chat.whatsapp.com/GUebHkikxWT9NTIMexy2eo
Teleqram kanalımız: https://t.me/EduOnlineAz
Teleqram qrupumuz: https://t.me/EduOnlineAzQrup
Facebook kanalımız:
https://www.messenger.com/channel/EduOnline.Az
Facebook səhifəmiz: https://www.facebook.com/EduOnline.Az
Instagram səhifəmiz: https://www.instagram.com/eduonline.az
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb