Gənclərin Peşə Bələdçisi Layihəsi: Ödənişsiz Onlayn Təlimlər, Düşərgə və Səfərlər!

 

Gənclərin Peşə Bələdçisi Layihəsinə Ödənişsiz Qeydiyyat!

“Gənclərin Peşə Bələdçisi” layihəsi “İRƏLİ” İctimai Birliyi təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir. Layihə gəncləri effektiv şəkildə peşə təhsilinə cəlb etmək, onların motivasiyasını artırmaq, bacarıqları ilə əmək bazarı ehtiyacları arasında körpü yaratmaq məqsədi daşıyır. Xüsusilə, təhsildən kənarda qalan qızlar və digər gənclərin peşə təhsilinə marağını artırmaq, onlara bu sahədə məlumatlılıq və karyera yönləndirmə dəstəyi vermək layihənin əsas hədəflərindəndir.

Kimlər müraciət edə bilər:

Layihə çərçivəsində 20 gənc Gənclərlə işləyən şəxslər – gənc liderlər və məktəb müəllimləri, influenserlər, təlimçi və mentorlar

peşə təhsilinin təşviqi və gənclərin motivasiyası mövzusunda professional bilik və bacarıqlar əldə edəcək, həmçinin, gənclər arasında təbliğinə dəstək göstərəcəkdir.

Layihə çərçivəsində 20 gənc lider və məktəb müəllimi (multiplayerlər) seçiləcək. Onlar intensiv təlimlər, düşərgə və peşə liseyinə səfər kimi fəaliyyətlərlə peşə təhsilinin təşviqi, gənclərin bacarıqlarının kəşfi və motivasiyasının artırılması istiqamətində işləyəcəklər. Layihənin sonunda iştirakçılar bölgələrdə gənclərlə birbaşa görüşərək peşə təhsilinin əhəmiyyətini təbliğ edəcək və davamlı dəstək təmin edəcəklər.

Layihə dörd əsas mərhələdən ibarətdir:  Onlayn Təlimlər, Düşərgə və Səfərlər, DavamlılıqHesabat və Qiymətləndirmə. Seçilən 20 multiplayer bütün fəaliyyətlərdə iştirak etməlidir.

A1) Onlayn Təlimlər

Bu mərhələdə seçilmiş 20 iştirakçıya peşə təhsili ilə bağlı intensiv təlimlər keçiriləcək.

  • Onlayn Təlimlərin Başlanması: Təlimçilər tərəfindən peşə təhsilinin əhəmiyyəti, gənclərlə iş metodları və motivasiya üsulları öyrədiləcək - Aprel ayı 
  • Təlim Materiallarının Paylaşılması: İştirakçılara təlim materialları təqdim olunacaq və onlayn sessiyalar davam etdiriləcək. - Aprel ayı 
  • İştirakçıların İnteraktiv Sessiyaları: İştirakçılar təlimçilərlə birgə interaktiv sessiyalarda iştirak edərək biliklərini dərinləşdirəcəklər. - Aprel ayı

     

A2) Düşərgə və Peşə Təhsili Səfərləri

Bu mərhələdə iştirakçılar praktiki təcrübə qazanacaq və gənclərlə birbaşa işləyəcək.

  • 4 Günlük Düşərgənin Təşkili: Layihə komandası tərəfindən təşkil olunacaq düşərgədə iştirakçılar bacarıq kəşfi və peşə yönləndirmə üzrə praktiki təlimlər alacaq. - May ayı
  •  Lənkəran Peşə Təhsil Mərkəzi Səfər: İştirakçılar Lənkəran Peşə Liseyinə səfər edərək peşə təhsili mühiti ilə yaxından tanış olacaqlar. - May ayı
  • Multiplayerlərin Praktiki Məşğələləri: İştirakçılar paytaxt və bölgələrdə gənclərlə görüşərək bacarıq kəşfi və peşə yönləndirmə sessiyaları keçirəcək. - May, İyun, İyul ayları

A3) Davamlılıq: Görüşlər və Təqdimatlar

Layihənin davamlılıq hissəsində iştirakçılar bölgələrdə gənclərlə əlaqələri davam etdirərək peşə təhsilinin əhəmiyyəti barədə məlumatlandırma prosesini davam etdirmək üçün həm fiziki, həm də onlayn sessiyalar keçirəcəklər. Bu yanaşma Azərbaycanda peşə təhsilinə olan münasibəti daha da yaxşılaşdıraraq gənclər arasında bu sahəyə marağı artıracaq.

  • Məktəblərdə Görüşlər: Multiplayerlər məktəblilər, valideynlər və gənclərlə görüşərək peşə təhsilinin əhəmiyyətini təbliğ edəcək. - May, İyun, İyul ayları
  • Fərdi dəstək: Peşə təhsili ilə maraqlanan valideynlər və şagirdlər üçün konsultasiyaların təşkili.  - May, İyun, İyul ayları
  • İnfotur: Multiplayerlər tərəfindən valideyn və şagirlərin peşə təhsil müəssisələrinə infoturu (mümkün imkanlar daxilində) - May, İyun, İyul ayları

A4) Hesabat və Qiymətləndirmə

Layihənin nəticələri qiymətləndiriləcək və davamlılıq təmin ediləcək.

  • Valideynlərlə sorğuların təşkili: Multiplayerlər valideynlərlə yekun görüşlər keçirərək layihənin təsirini müzakirə edəcək. - İyun, İyul ayları
  • Hesabatların hazırlanması: Layihə komandası və multiplayerlər tərəfindən fəaliyyətlərin hesabatları hazırlanacaq.  - İyun, İyul ayları
  • Layihənin Yekun Qiymətləndirilməsi: Layihə komandası layihənin ümumi təsirini qiymətləndirəcək və gələcək addımları planlaşdıracaq.  - İyun, İyul ayları

Vacib qeydlər:

  • Multiplayerlər layihənin bütün mərhələlərində iştirak etməlidirlər.
  • Qeydiyyat üçün son tarix: 10 Mart 2025, 17:00 (Bakı vaxtı).
  • Xərclər: Layihə çərçivəsində səyahət xərcləri (məsələn, Lənkəran səfəri), yaşayış, qidalanma layihə tərəfindən qarşılanacaq (ətraflı məlumat qeydiyyatdan sonra veriləcək).
  • Məkan: Onlayn və düşərgə mərhələsi - Lənkəran şəhəri, davamlılıq - Respublika ərazisi
  • Müəyyənləşdiriləcək: Bəzi tarixlər və detallar müəyyənləşdiriləcək.

Əlavə Məlumat:

Layihənin uzunmüddətli məqsədi peşə təhsilinin Azərbaycanda inkişafına töhfə vermək, gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq və cəmiyyətdə bu sahəyə olan münasibəti müsbət yöndə dəyişdirməkdir. Layihəyə cəlb olunmuş tərəfdaşlar vasitəsilə maarifləndirmə prosesi uzun müddət davam edəcək və peşə təhsilinə maraq göstərən gənclərə davamlı dəstək veriləcək.

🔴✅ QEYDİYYAT ÜÇÜN DAXİL OLUN✅🔴

 

◾◾◾◾◾◾◾◾
📣⚠️👇🏻👇🏻👇🏻👇🏻⚠️📣
Digər vakansiyalardan, təcrübə proqramlarından, tədbirlərdan, təqaüd proqramlarından və s. faydalı məlumatlardan tez xəbər tutmaq üçün bizi sosial şəbəkələrdə də izləyə və ya üzv ola bilərsiniz 🤗:
🟢WhatsApp Kanalımız:  https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e 
🟩WhatsApp Qrupumuz:  https://chat.whatsapp.com/GUebHkikxWT9NTIMexy2eo
🔵 Teleqram kanalımız: https://t.me/EduOnlineAz
🟦 Teleqram qrupumuz: https://t.me/EduOnlineAzQrup
🔘 Facebook kanalımız:
https://www.messenger.com/channel/EduOnline.Az
🔷 Facebook səhifəmiz: https://www.facebook.com/EduOnline.Az
🔴 Instagram səhifəmiz: https://www.instagram.com/eduonline.az

 

 


Paylaş