Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir.

Mərakeş Krallığının Beynəlxalq Əməkdaşlıq Agentliyi 2024-2025-ci tədris ili üçün Mərakeşin dövlət ali təhsil müəssisələrində təqaüdlü təhsil imkanı təqdim edir. Təqaüd proqramı ali təhsilin bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə  müxtəlif ixtisas istiqamətlərini əhatə edir. Proqram çərçivəsində 10 nəfər Azərbaycan Respublikası vətəndaşının Mərakeşdə təqaüdlə təhsil alması nəzərdə tutulmuşdur.

Təqaüd proqramına müraciət üçün son tarix 7 may 2024-cü ildir.  Proqram barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

🔻🔻🔻🔻🔻

Daha ətraflı məlumat:


Mərakeş Krallığında 2024-2025-ci tədris ili üzrə təqaüd proqramı
Ümumi məlumat: Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün Mərakeşin dövlət 
ali təhsil müəssisələrində təqaüdlü təhsil imkanı təqdim edir. Proqram çərçivəsində
10 nəfər Azərbaycan Respublikası vətəndaşının Mərakeşdə təqaüdlə təhsil alması 
nəzərdə tutulmuşdur. Aşağıdakı məlumatlar bu kvotaların həyata keçirilməsi üçün 
şərtləri və prosedurları göstərir: 
Təhsilin bakalavr pilləsi üçün tələblər:
● Doğum şəhadətnaməsi;
● Şəxsiyyət vəsiqəsi;
● Attestat;
● Pasport;
● Məhkumluq haqqında arayış;
● Namizədin fiziki hazırlığını təsdiq edən və onun peyvənd olunduğunu və hər 
hansı yoluxucu və ya kəskin xəstəliyinin, xüsusən də vərəm daşıyıcısı 
olmadığını təsdiq edən dövlət səhiyyə orqanları tərəfindən verilmiş tibbi arayış.


Təhsilin magistratura və doktorantura pilləsi üçün:
● Doğum şəhadətnaməsi;
● Şəxsiyyət vəsiqəsi;
● Pasport; 
● Bakalavr diplomu;
● Transkriptlər;
● Doktorantlar üçün magistr dərəcəsi almaq üçün hazırlanmış dissertasiya və
doktorluq dissertasiya layihəsi;
● Məhkumluq haqqında arayış;
● Namizədin fiziki hazırlığını təsdiq edən və onun peyvənd olunduğunu və hər 
hansı yoluxucu və ya kəskin xəstəliyinin, xüsusən də vərəm daşıyıcısı 
olmadığını təsdiq edən dövlət səhiyyə orqanları tərəfindən verilmiş tibbi arayış. 
Namizədlər üçün yaş həddi təhsil müəsisəsindən asılı olaraq 19-23 yaş arasında 
dəyişir.
Beynəlxalq Əməkdaşlıq Agentliyi internet səhifəsindən
https://shorturl.at/huIM0 keçidi vasitəsilə yüklənə bilən kataloqda Mərakeş dövlət ali 
təhsil müəssisələrinin siyahısı, həmçinin onlara aid müxtəlif spesifik məlumatlar, təhsil 
müddəti, xüsusən qəbul şərtləri, kurslarla və s. tanış olmaq mümkündür. 
Tədris dili:
Fransız dilinin Mərakeşdəki tədris müəssisələrinin əksəriyyətində, xüsusən də
elmi, texniki və iqtisadi sektorlarda əsas işçi dili olmasını nəzərə alaraq, fransız dilini 
bilmədən qeyd olunan sahələrə qəbul ediləcək namizədlər 2024/2025-ci tədris ili 
ərzində fransız dilini təkmilləşdirmə kurslarında təhsilini davam etdirməli olacaqlar. 
Dil təkmilləşdirmə proqramının sonunda müvafiq tələbələr son dil hazırlığı 
testlərini verəcəklər. Sözügedən testlərdən keçənlər Mərakeşə gəlməzdən əvvəl 
onlara bildirilmiş təlim kurslarına cəlb olunacaqlar. “Ərəb dili və ədəbiyyatı” və
“İslamşünaslıq” kursları ərəb dilində tədris olunur. Bu kurslara müraciət edən 
namizədlər bu dili mükəmməl bilməlidirlər. “Hüquq Elmləri” kursu ərəb və ya fransız 
dilində tədris olunur.
Maliyyələşmə:
- Təhsil haqqından azad olunma
- Aylıq təqaüd: təhsil səviyyəsindən asılı olmayaraq ayda 750.00 dirhəmdir 
(təxminən 75 $). 
- Yataqxanada yerləşmə (aylıq kirayə tələbə tərəfindən qarşılanır)
- Tibbi sığorta
Beynəlxalq Əməkdaşlıq Agentliyi, ictimai təhsil müəssisələri, Mərakeşdə
qeydiyyat və qalmaq proseduru və üsulları, habelə əməkdaşlıq təqaüdlərinin 
ödənilməsi haqqında daha ətraflı məlumat üçün aşağıdakı internet səhifələrə müraciət 
etmək tövsiyə olunur:
● Beynəlxalq Əməkdaşlıq üzrə Mərakeş Agentliyi: www.amci.ma
● Milli Təhsil, Peşə Təhsili, Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyi:
www.enssup.gov.ma ; www.men.gov.ma
● Peşə Təhsili və Əməyin Təşviqi Ofisi: www.ofppt.ma
● Sığorta siyasəti: www.finassure.org
Tələb olunan sənədlər 7 may 2024-cü il tarixinə qədər
[email protected] elektron poçt ünvanına “Mərakeş Təqaüd” mövzu başlığı 
ilə göndərilməlidir. 
Qeyd: Natamam sənədlər və ya son müraciət tarixindən sonra qəbul edilmiş 
sənədlər nəzərə alınmayacaq.

Elanın PDF-i: https://rb.gy/gqnhx0

#EATDA #XaricdəTəhsil

 

◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾
📣⚠️👇🏻👇🏻👇🏻👇🏻⚠️📣
Digər vakansiyalardan, təcrübə proqramlarından, tədbirlərdan, təqaüd proqramlarından və s. faydalı məlumatlardan tez xəbər tutmaq üçün bizi sosial şəbəkələrdə də izləyə və ya üzv ola bilərsiniz 🤗:
🟢WhatsApp Kanalımız:  https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e 
🟩WhatsApp Qrupumuz: https://chat.whatsapp.com/IWlB4C1IaneFi0Wnk6R3zC 
🔵 Teleqram kanalımız: https://t.me/EduOnlineAz
🟦 Teleqram qrupumuz: https://t.me/EduOnlineAzQrup
🔷 Facebook səhifəmiz: https://www.facebook.com/EduOnline.Az
🔴 Instagram səhifəmiz: https://www.instagram.com/eduonline.az


Paylaş