Cümə axşamı, 25 Dekabr, 2025

700-dən çox Onlayn Pulsuz Təlimlərdən Faydalan və “Coursera”dan Sertifikat al!


  • Dərc edildi: 27 Avqust, 2023 - 07:51
700-dən çox Onlayn Pulsuz Təlimlərdən Faydalan və “Coursera”dan Sertifikat al!

“4SİAkademiyası” layihəsi çərçivəsində təlimlərə qeydiyyat başladı. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və ABŞ-nin “Coursera” şirkəti ilə birgə əməkdaşlığı ilə yaradılan “4Sİ Akademiyası” layihəsi çərçivəsində keçiriləcək təlimlərə qeydiyyat başlanıb. 7 sentyabr 2023-cü il tarixinə qədər qeydiyyatdan keçməklə ilk müraciət edən 10 minə yaxın şəxs Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsindəki ixtisaslar üzrə bilik və bacarıqlarını 700-dən çox pulsuz təlimlərə qatılmaqla artıra biləcək. Qeydiyyat üçün link: https://4sim.gov.az/en/applicationForm Qeydiyyat üçün son tarix: 07.09.2023 Kursları uğurla bitirən şəxslər sonda oxuduqları proqrama uyğun olaraq “Coursera” platforması tərəfindən sertifikat ilə təltif olunacaqlar.   Daha ətraflı məlumat: “4Sİ Akademiyası” (Dördüncü Sənaye İnqilabı Akademiyası) pilot layihəsi çərçivəsində 1 il ərzində tədris dili ingilis dilində olmaqla Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsindəki ixtisaslar üzrə bilik və bacarıqlarını artırmaq istəyən 10 minə yaxın şəxs “Coursera”nın təqdim etdiyi 700-dən çox kursa ödənişsiz qoşula biləcək. Təhsilin İnkişafı Fondunun Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və ABŞ-nin “Coursera” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində “4Sİ Akademiyası” layihəsinə start verilir. “Coursera” 100 milyondan çox insanın təhsil al

dığı, 7000-dən çox kursların tədris olunduğu onlayn təhsil platformasıdır. Platformada Harvard, Stenford, Dyuk, Miçiqan, London kimi 300-ə yaxın dünyanın ən nüfuzlu universitetlərinin sahəvi kursları ilə yanaşı, bakalavr və magistr ali təhsil dərəcəsinə bərabər proqramları da tədris olunur. Bu platformada həmçinin, Google, IBM, Microsoft, Amazon, Meta kimi qabaqcıl texnologiya şirlətlərinin karyera və şəxsi inkişafa yönəlik kursları da mövcuddur. Proqram dövründə tədris dili ingilis dilində olmaqla 4Sİ texnologiyaları, o cümlədən Süni İntellekt, Maşın Öyrənməsi, Böyük Verilənlər (Big Data), Data Analitika, Blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, kommunikasiya kimi bacarıqlar da daxil olmaqla ümumilikdə 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 800-ə yaxın kursdan yararlanmaq mümkün olacaqdır. Layihənin məqsədi ölkədə Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Pilot layihə çərçivəsində müraciətlərin qəbulu 23 avqust 2023-cü il tarixindən başlayacaq, 7 sentyabr 2023-cü il tarixində isə başa çatacaqdır. Seçilmiş 10 minə yaxın şəxs 15 sentyabr 2023-cü il tarixindən etibarən 1 il ərzində dünyanın nüfuzlu universitetlərinin və şirkətlərinin təqdim etdiyi tədris proqramlarından 6 həftə ərzində növbəli şəkildə ödənişsiz təhsil almaq imkanı əldə edəcəkdir. Kursları uğurla bitirən şəxslər sonda oxuduqları proqrama uyğun olaraq “Coursera” platforması tərəfindən sertifikat ilə təltif olunacaqlar.

Ən Son Məqalələr

Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub
20 Dekabr, 2025 - 16:44 42
Zirə qəsəbəsinə aqro...
SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 207
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 54
“İngilis dili üzrə b...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi ” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:44 57
“İbtidai sinif şagir...
“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
28 Noyabr, 2025 - 01:29 73
“Biologiyanın intera...
Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 20:09 666
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 268
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 278
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 578
Xalqları birləşdirən...