Cümə axşamı, 26 Mart, 2026

“Kürü keçək” açıq suda üzmə yarışı keçiriləcək - QEYDİYYAT


  • Dərc edildi: 27 Avqust, 2023 - 11:27
“Kürü keçək” açıq suda üzmə yarışı keçiriləcək - QEYDİYYAT

‍♂️“Kürü keçək” açıq suda üzmə yarışı keçiriləcək Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birlikdə növbəti dəfə açıq suda kütləvi üzmə yarışı keçirəcək. Qeyd edək ki, açıq suda üzgüçülük yarışları açıq su hövzələrində (çaylar, göllər, dənizlər və okeanlar) müxtəlif məsafələrə təşkil edilir. Sentyabrın 2-də Kür çayının iki sahili arasında təşkil ediləcək “Kürü keçək” adlı üzmə yarışında ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 12 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı ötən il əvvəlcə dənizdə (“Xəzər dalğas

ı”), ardınca isə Kür çayında (“Kürü keçək”) təşkil edilmişdi. Mingəçevir şəhərində, Kür çayında ikinci dəfə təşkil ediləcək yarış peşəkarlar və həvəskarlar arasında 300 metr məsafəyə təşkil ediləcək. Yarışda iştirak üçün öncədən qeydiyyatdan keçmək lazımdır. Bunun üçün heç bir ödəniş tələb olunmur. Yerlər məhduddur və iştirakçı sayı nəzərdə tutulmuş say həddinə çatdıqda qeydiyyat dayandırılacaq. İştirakçıların nəqliyyat və qidalanması təşkilatçılar tərəfindən təmin ediləcək. Qaliblərə müvafiq diplom, medal və hədiyyələr təqdim ediləcək. Yarışa qoşulmaq istəyənlər 31 avqust 2023-cü il tarixədək aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://forms.gle/39cSiteTdEJeWkcr9

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 176
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 338
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 60
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 58
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1063
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 515
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 296
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 541
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 161
VI Azərbaycan Astron...