Cümə axşamı, 2 Aprel, 2026

Lənkəranda 3 günlük ÖDƏNİŞSİZ düşərgə: "Qohum nikahları əleyhinə maarifləndirmə" tədbiri


  • Dərc edildi: 18 İyul, 2024 - 14:39
Lənkəranda 3 günlük ÖDƏNİŞSİZ düşərgə: "Qohum nikahları əleyhinə maarifləndirmə" tədbiri

Tədbirin adı:  
Qohum nikahları əleyhinə maarifləndirmə

Tədbirin yeri:   
Lüks-Lənkəran hotel, Lənkəran şəhəri

Tədbirin vaxtı:   
9-10-11 avqust 2024-cü il (cümə, şənbə, bazar), hər gün saat 10:00-17:00-dək

Tədbirdə kimlər iştirak edə bilər:  
Azərbaycan Respublikasında yaşayan 18-35 yaş arası gənclər

Tədbirin maliyyə dəstəyi:  
Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 

Tədbiri həyata keçirən təşkilat:  
“Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım ictimai birliyi

Tədbirin həyata keçirilməsində məqsəd:  
İctimaiyyət arasında qohum evliyinin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərini həyata keçirtməklə belə evliliklərdən yarana biləcək xəstəliklərin qarşısının alınmasına nail olmaq və sağlam gəncliyin formalaşmasına töhfə verməkdən ibarətdir.
Qeyd: Təlimdə iştirak edən gənclər əldə etdikləri məlumatları ətrafındakı insanlarla bölüşərək daha çox insanın məlumatlanmasına töhfə verməlidir.

Müraciət prosedurası və iştirakçıların seçimi: 
Təlim iştirakçıları müraciət formasında əks olunan  əsaslandırılmış və yüksək motivasiyalı qeydlərinə uyğun olaraq seçiləcək. Seçilmiş namizədlərə 06.08.2024 tarixində məlumat veriləcək. Seçilmiş namizədin hər hansı səbəbdən iştirak etməyi mümkün olmadıqda təlimin başlamasından ən azı 2 gün əvvəl  təcili olaraq təşkilatçılara məlumat verməlidir.

İştirakçıların xərcləri:
Tədbirə seçilən bütün iştirakçıların 3 gün ərzində gündə 3 dəfə yeməyi və çay-kofe xərcləri, digər rayon və şəhərlərdən qoşulan iştirakçıların 2 gecə (yəni giriş 9 avqust - çıxış 11 avqust) mehmanxanada yerləşmə xərcləri təşkilat tərəfindən qarşılanır.  

Müraciət üçün son vaxt:  
Müraciət forması namizəd tərəfindən doldurulmalı "Təqdim edin və ya Submit" düyməsi basılaraq göndərilməlidir. 

Müraciət forması 31.07.2024-cü il, saat 24:00-dək göndərilməlidir.

İştirak etmək ödənişsizdir! 

Sizin yalnız Lənkərana özünüzün gəlməsi üçün nəqliyyat xərci çıxır.

Qeydiyyat üçün bura daxil olun

 

◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾
⚠️⚠️
Digər vakansiyalardan, təcrübə proqramlarından, tədbirlərdan, təqaüd proqramlarından və s. faydalı məlumatlardan tez xəbər tutmaq üçün bizi sosial şəbəkələrdə də izləyə və ya üzv ola bilərsiniz :
WhatsApp Kanalımız:  https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e 
WhatsApp Qrupumuz: https://chat.whatsapp.com/IWlB4C1IaneFi0Wnk6R3zC 
Teleqram kanalımız: https://t.me/EduOnlineAz
Teleqram qrupumuz: https://t.me/EduOnlineAzQrup
Facebook səhifəmiz: https://www.facebook.com/EduOnline.Az
Instagram səhifəmiz: https://www.instagram.com/eduonline.az

 

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 246
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 414
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 88
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 82
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1125
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 575
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 320
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 574
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 178
VI Azərbaycan Astron...