Cümə axşamı, 5 Fevral, 2026

“21-ci əsrin müəllimləri” layihəsi uğurla başa çatıb


  • Dərc edildi: 9 Sentyabr, 2024 - 14:36
“21-ci əsrin müəllimləri” layihəsi uğurla başa çatıb

 

Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı reallaşdır” müsabiqəsinin qalibi Çimnaz İsmayılbəylinin rəhbərliyi ilə həyata keçirilən “21-ci əsrin müəllimləri” layihəsi uğurla başa çatmışdır. Gənc ali məktəb müəllimlərinin peşə bacarıqlarının artırılması məqsədi daşıyan layihə 31 avqust - 1 sentyabr 2024-cü il tarixlərində Dəstəkçi İcma Mərkəzində baş tutmuşdur. Keçirilən iki günlük intensiv təlimlər müəllimlərə innovativ və interaktiv təhsil metodları qazandırmaq və onların auditoriyada daha peşəkar yanaşmalar sərgiləməsinə nail olmaq məqsədi daşıyırdı.

Layihə müxtəlif ekspert və təlimçilərin iştirakı ilə əhatəli məzmuna malik idi. Layihə rəhbəri Çimnaz İsmayılbəyli “Təhsildə İnklüzivlik və Sosial Bərabərlik” adlı sessiya ilə iştirakçıları inklüziv təhsil haqqında məlumatlandıraraq, onlara daha dəstəkləyici mühitin formalaşması üçün biliklər qazandırdı. Daha sonra layihə rəhbəri “Qeyri-formal təhsil: alətlər və metodlar” sessiyası ilə iştirakçıları interaktiv metodlar ilə tanış etdi. Bundan əlavə, iştirakçıların empatiya bacarıqlarının artırılmasına yönəlmiş “Bir Addım İrəli” adlı praktik tapşırıq həyata keçirilib.

Layihənin digər sessiyalarına müxtəlif ekspertlər moderatorluq edib:

Psixoloq Vüsalə Əmiraslanova müəllimlərin şəxsi və peşəkar inkişafında mühüm əhəmiyyət kəsb edən yumşaq bacarıqlardan danışıb, iştirakçılar müxtəlif liderlik, idarəetmə və digər bacarıqlara yönəlmiş tapşırıqlar həyata keçiriblər. Təlimçi Məryəm Xanmədova isə rəqəmsal bacarıqlar mövzusunda geniş sessiya keçirərək, müəllimləri onlayn platformalarla tanış edərək, onlardan istifadə qaydasını izah edib.
Təlimçi Əfsanə Muradlı "Ənənəvi yoxsa, müasir təhsil metodları?" və “Müəllim-şagird münasibətləri” adlı iki fərqli sessiya həyata keçirərək müəllimlərə fərqli baxış bucağı qazandırmış və müəllim-tələbə münasibətlərinə dair yeni yanaşmaları izah etmişdir. Təlimçi təlimlərin ardından praktiki işlərə moderatorluq etmişdir.

Təlim prosesi zamanı təqdim edilən innovativ və inklüziv yanaşmalar sayəsində iştirakçılar öz peşəkar bilik və bacarıqlarını təkmilləşdirmək və daha effektiv tədris strategiyalarını auditoriyalarda tətbiq etmək imkanı əldə ediblər. Təlimin sonunda bütün iştirakçılara sertifikatlar verilmiş və qarşılıqlı müsbət geridönüşlər təqdim edilmişdir. 

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 108
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 231
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 26
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 184
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 277
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 379
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 483
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 63
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 349
Ted1.az saytı SATILI...