Şənbə, 13 Dekabr, 2025

AMEA-nın qeydiyyatı bugün bitən Müsabiqə Elanları!


  • Dərc edildi: 1 Mart, 2018 - 03:05
AMEA-nın qeydiyyatı bugün bitən Müsabiqə Elanları!

  1. Azərbaycan Milli Elmlər Akademiyasının adlı mükafatları üzrə müsabiqə haqqında ELAN

    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2018-ci il 31 yanvar tarixli 4/2 nömrəli qərarına əsasən, 2018-ci il üçün AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, Akademik Üzeyir Hacıbəyli, Akademik Mirəsədulla Mirqasımov, Akademik Yusif Məmmədəliyev, Akademik Musa Əliyev və Abbasqulu ağa Bakıxanov adına mükafatları üzrə müsabiqə elan olunur.

    Müsabiqənin keçirilməsinin məqsədi elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, eləcə də Azərbaycanın bir sıra alim və mütəfəkkirlərinin xatirəsini əbədiləşdirməkdir.

    AMEA-nın adlı mükafatları öz əsasnamələrinə uyğun olaraq müvafiq elm sahələri üzrə böyük əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə və ixtiralara görə verilir.

    Mükafatlara namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi bölmələri, elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər.

    Daha ətraflı məlumat və qeydiyyat üçün daxil olun! ========================================
  2. Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına müsabiqə haqqında ELAN

AMEA Rəyasət Heyətinin 2018-ci il 31 yanvar tarixli 4/1 nömrəli qərarına əsasən, 2018-ci il üçün Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına müsabiqə elan edilir.

Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif edilirlər. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif etmək səlahiyyəti AMEA Rəyasət Heyətinə verilib.

Müsabiqə AMEA Rəyasət Heyətinin 2015-ci il 18 fevral tarixli 6/2 nömrəli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif etmək üçün Qaydalara” uyğun keçirilir.

Nizami Gəncəvi adına Qızıl medala namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi bölmələri, elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər.

Daha ətraflı məlumat və qeydiyyat üçün daxil olun!  

Ən Son Məqalələr

SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 82
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 20
“İngilis dili üzrə b...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi ” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:44 17
“İbtidai sinif şagir...
“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
28 Noyabr, 2025 - 01:29 55
“Biologiyanın intera...
Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 20:09 634
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 220
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 202
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 541
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 565
Qubadlıya öz sahiblə...