Cümə axşamı, 12 Fevral, 2026

“ASAN xidmət”də iş var


  • Dərc edildi: 23 İyul, 2019 - 11:30
“ASAN xidmət”də iş var

Boyu 160-dan yuxarı olanlar üçün “ASAN xidmət”də iş var #AGD Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyində olan orqanlarda vakant kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Verilən məlumata görə, Bakı şəhərinin 6 saylı, o cümlədən respublikanın Tovuz, Şamaxı, Balakən, Kürdəmir və Ağcabədi “ASAN xidmət” mərkəzlərinin hər birində 4, ümumilikdə 24 vakant yer tutmaq məqsədi ilə keçirilən müsabiqədə orta, xüsusi orta və ali təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən 25-dək, boyu 160 (qadınlar), 170 (kişilər) santimetrdən yuxarı olan özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən, yaşayış yeri üzrə Bakı, Tovuz, Şamaxı, Balakən, Kürdəmir və Ağcabədi şəhərlərində və ətraf rayonlarında daimi qeydiyyatda olan vətəndaşlar iştirak edə bilərlər. Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fi

ziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Müsabiqədə ali təhsillilərə, kompyuterlə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcək. Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaq. Xidmətə qəbul olunmaq istəyən şəxslər 2019-cu ilin iyul ayının 18-dən avqust ayının 18-dək iş günləri saat 10:00-dan 17:00-dək, Bakı şəhəri Nizami rayonu Məhsəti küçəsi 160-da yerləşən Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə bilavasitə tabe olan Arxiv-uçot şöbəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər: - Şəxsiyyət vəsiqəsi - Təhsil haqqında sənədin əsli - Hərbi bilet (kişilər üçün) - Əmək kitabçası (olanlar üçün) Əlavə məlumat üçün (012) 570-70-80 saylı telefonla əlaqə saxlamaq olar.

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 168
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 329
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 47
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 216
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 318
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 425
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 525
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 79
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 382
Ted1.az saytı SATILI...