Çərşənbə, 25 Mart, 2026

«Audiokitab» - Danışan Kitablar!


  • Dərc edildi: 30 Avqust, 2019 - 20:53
«Audiokitab» - Danışan Kitablar!

A U D I O K I T A B «Audiokitab» yeni texnologiyalar vasitəsilə insanların klassik və müasir Azərbaycan və dünya yazıçıları və onların əsərləri haqqında məlumatlandırılması, mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin inkişaf etdirilməsinə dair fəaliyyət göstərən sosial layihədir. Nəzərinizə çatdırıram ki, ki, Azərbaycanda ilk dəfə həyata keçirilən, beş ilə yaxın bir vaxt ərzində ərsəyə gələn “Audiokitab” layhəsi çərçivəsində artıq 100-ə yaxın kitab peşəkar aktyorların ifasında səsləndirmişdir. Artıq bir ilə yaxındır ki, “Audiokitab” dünyanın hər yerində yayımlanır. Layihənin əsas məqsədlərindən biri milli ədəbiyyat nümunələrimizin, tarixmizin ölkəmizdə və xaricdə yaşayan həmvətənlərimizə azərbaycan dilində çatdırılması və mədəniyyətimizin təbliğ edilməsidir. Layihədə klassik və müasir Dünya və Azərbaycan ədəbiy

yat nümunələri, dərs vəsaitləri, elmi kitablar və mühazirələr, Azərbaycan nağılları, şifahi xalq yaradıcılığı və xarici ədəbiyyat nümunələri öz əksini tapmışdır. Layihə çərçivəsində həmçinin orta məktəb şagirdləri üçün dərsliklərin və sinifdənxaric oxu kimi tövsiyə olunan kitabların da audio formasında hazırlanması işi həyata keçirilmişdir. Həmçinin layihəmizdə Azərbaycan, türk xalqları, şərq dünyasının tarixi haqqında mövzularda çoxsaylı muhazirələr də yer tapmışdır. Hazırlanmış audiokitablardan istifadəçilərə «android» və «ios» əməliyyat sistemləri üçün hazırlanmış «Audiokitab» mobil tətbiqi vasitəsilə istifadə imkanı yaradılmışdır. Mobil tətbiqlərin əsas üstünlüklərindən biri yüklənmiş kitablara internet şəbəkəsi olmadan qulaq asmaq imkanıdır. Layihə və sözügedən mobil tətbiqlər haqqında informasiya «audiokitab.az», “audiokitab.com” və «audiobook.az» saytlarında verilmişdir.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 152
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 290
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 56
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 54
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1058
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 509
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 291
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 536
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 157
VI Azərbaycan Astron...