Çərşənbə, 4 Fevral, 2026

Aydın Rəcəbov - “Ənənələrin gələcəyi” adlı fərdi sərgisi


  • Dərc edildi: 29 May, 2019 - 22:05
Aydın Rəcəbov - “Ənənələrin gələcəyi” adlı fərdi sərgisi

Klassika və novatorluq qovşağında Azərbaycan Respublikasının Əməkdar rəssamı, Sultan Məhəmməd mükafatı laureatı, Azərbaycan Rəssamlar İttifaqı “Dekorativ-tətbiqi sənət” bölməsinin rəhbəri Aydın Rəcəbov 75 illiyini Azərbaycan Xalça Muzeyində “Ənənələrin gələcəyi” adlı fərdi sərgisi ilə qeyd edir. Bu ad rəssamın hərtərəfli, geniş yaradıcılığını əks etdirir. Belə bir ad bu rəssamın ərtərəfli, çoxşaxəli yaradıcılığının əsil mahiyyətini əks etdirir. Xalçaçılıq sənətində fəaliyyət göstərdiyi onilliklər ərzində bir çox xovlu və xovsuz xalça eskizləri yaratmışdır. Ornamental əsərlərində sənətkar ənənəvi türk-oğuz ornamental motivlərindən geniş istifadə edir. Yaratdığı bəzi süjetli xalçalarda orta əsr Azərbaycan miniatur sənətinin təsirini görmək mümkündür, digər əsərləri isə həndəsi stilizasiyası ilə seçil

ir. Bir sıra əsərlərinin ornamentində şifrələnmiş yazılar gizlənir. Bura hal-hazırda Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılan “Suvari dərviş” və kompozisiya quruluşu başdan-başa qədim yazı simvollarından ibarət “Tenqri” xalçaları aiddir. Həmçinin, ərəb dilində imam Əlinin adı şifrələnmiş “Xətlərin harmoniyası”, bulud naxışları islam dininin ehkamı “La ilahə illəllah” sözlərinin birləşməsindən yaranan “Abşeron” və digər xalçalar da bu sıradadır. Hazırkı sərgi üçün rəssam öz eskizləri əsasında son bir ildə toxunan altı yeni xalça hazırlamışdır. Bura yalnız müxtəlif illərdə yaratdığı otuzdan çox xalça və xalça məmulatları deyil, həmçinin onların iyirmi yeddi eskizi də daxildir. Beləliklə, tamaşaçı bu və ya digər xalça eskizinin hazırlanma prosesini lap əvvəldən – ideyanın yarandığı andan seyr edə bilər.

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 39
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 179
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 18
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 172
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 269
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 370
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 473
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 58
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 348
Ted1.az saytı SATILI...