Çərşənbə, 1 Aprel, 2026

"Azerbaijan Public Speaking Competition” layihəsinin ilk mərhələsi yekunlaşıb


  • Dərc edildi: 1 Mart, 2019 - 08:21
"Azerbaijan  Public Speaking Competition” layihəsinin ilk mərhələsi yekunlaşıb

16-17 və 23-24 fevral tarixlərində dünyanın ən böyük natiqlik yarışmasının Azərbaycan üzrə tərəfdaşı olan “Azerbaijan Public Speaking Competition” layihəsinin ilkin mərhələsi yekunlaşıb.   Öyrənmə və yarışma olmaqla 2 hissədən ibarət olan layihədə iştirakçılar 4 gün ərzinə peşəkar və təcrübəli təlimçilər tərəfindən 20 saatlıq təlim kursunda iştirak ediblər. Ümumilikdə təlimlərdə tələbə və şagirdlər olmaqla 108 nəfər iştirak edib.   Layihənin davamı olaraq iştirakçılar növbəti 4 gün ərzində mentorların köməyilə öz təqdimatlarını hazırlayacaqlar. Bu mərhələ yekunlaşdıqdan sonra isə iştirakçılar yarışmada iştirak etmək üçün seçdikləri mövzular üzrə 5-7 dəqiqəlik çıxışlar edəcəklər. Çıxışlar jüri tərəfindən 100 ballıq sistemdə beynəlxalq meyarlara əsasən qiymətləndiriləcək. Yarışmada qalib gələcək iştirakçı, tələbə və şagirdlər arasında Azərbaycanın ən yaxşı natiqi seçiləcək, 13-17 May tarixlərində dünyanın ən böyük natiqlik yarışması olan “International Public Speaking Competition”da Azərbaycanı təmsil etmək hüququ qazanacaqdır. Qalib olan şəxs 54 ölkədən olan qaliblərlə birlikdə 5 gün müddətində Londonda yarışa

caq. Bu mərhələni uğurla tamamlayan və qalib gələn şəxs İngiltərədə beynəlxalq tədbirdə iştirak hüququ qazanacaq.   Layihənin qızıl sponsoru gənclərin intellektual və peşəkar inkişafı üçün nəzərdə tutulmuş müxtəlif layihə və tədbirlərin keçirilməsinə daima dəstək və diqqət ayıran "Gilan Holdinq"dir.   Layihənin media tərəfdaşları “Trend” İnformasiya Agentliyi və “MAG” verlişidir.   APSC (Azerbaijan Public Speaking Competition) dünya təcrübəsini tətbiq edərək Azərbaycanda gələcək liderləri, natiqləri yetişdirən platformadır. APSC Britaniyanın 100 ildən artıq təcrübəyə malik ESU “The English-Speaking Union” təşkilatının tanınan tərəfdaşıdır. Əməkdaşlıq çərçivəsində, qalib olan şəxslər beynəlxalq yarışmada iştirak üçün hər il Londona səyahət edirlər.   Eyni zamanda, APSC Amerika Birləşmiş Ştatlarının PSA “Public Speakers Association” təşkilatı ilə əməkdaşlıq edir. Hər il müxtəlif ölkələrdə baş tutan “Beynəlxalq Natiqlər Konfransı” dünyanın hər yerindən korporativ işçiləri, şirkət rəhbərlərini, natiqləri, biznes liderlərini bir araya gətirir. Konfransda Azərbaycandan seçilən şəxslər iştirak edirlər.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 232
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 400
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 82
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 76
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1110
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 564
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 311
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 564
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 173
VI Azərbaycan Astron...