Cümə, 3 Aprel, 2026

Azərbaycan Gənc Tamaşaçılar Teatrında “Balaca Kişilər” tamaşası oynanılacaq


  • Dərc edildi: 21 Sentyabr, 2023 - 07:12
Azərbaycan Gənc Tamaşaçılar Teatrında “Balaca Kişilər” tamaşası oynanılacaq

  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “İRƏLİ” İctimai Birliyinin iştirakı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş "Balaca Kişilər" tamaşası nümayiş olunacaq. EduOnline.Az xəbər verir ki, bu barədə “İRƏLİ” İctimai Birliyinin Mətbuat xidməti məlumat yayıb. Yazıçı-dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında hazırlanan tamaşa İkinci Qarabağ müharibəsində baş verən real hadisələri əks etdirir.

Əsərin ideyası “Balaca Kişilər”in şücaətindən, onların müharibənin fonunda qəhrəmana çevrilə bilmə bacarıqlarından bəhs edir. Quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan 44 günlük savaş və qələbəmizə ithaf edilən tamaşa vətənpərvərlik, insani dəyərlərin qorunması ilə yanaşı həm də hər bir vətəndaşın torpağa bağlılığını, mənəvi və bəşəri dəyərlərə sadiqliyini təcəssüm etdirir. Qeyd edək ki, tamaşa 23 sentyabr, saat 19:00-da baş tutacaq. “Balaca Kişilər” tamaşasını izləmək üçün biletləri şəhərin kassalarından və iTicket.az saytından əldə etmək olar.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 250
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 418
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 89
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 87
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1127
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 580
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 320
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 575
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 179
VI Azərbaycan Astron...