Cümə, 3 Aprel, 2026

Şəmistan Əlizamanlı ilə gənclərin görüşü baş tutacaq


  • Dərc edildi: 21 Sentyabr, 2023 - 07:19
Şəmistan Əlizamanlı ilə gənclərin görüşü baş tutacaq

  Sentyabrın 30-da YARAT Müasir İncəsənət Mərkəzində tanınmış hərbi diktor Şəmistan Əlizamanlı ilə gənclərin görüşü baş tutacaq. EduOnline.Az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçiriləcək. Görüşdə hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı Azərbaycan gəncliyinin vətənpərvər ruhda yetişməsi kontekstində peşəkar musiqi sənətimizin təbliği, eləcə də, hərbi mövzuda yazılan musiqi əsərlərinin, opera və teatr tamaşalarının rolu istiqamətində yaradıcı sənayenin inkişafından bəhs edəcək. Tədbir müddətində həmçinin “Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi və milli i

deologiya”, “Hərbi-vətənpərvər nəğmələrin təbliği və gənclərin tərbiyəsindəki rolu” və “Şanlı Azərbaycan ordusu: dünənimiz, bugünümüz, sabahımız” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində Şəmistan Əlizamanlının ifasında ən sevilən nəğmələr, həmçinin gənc musiqiçilərin ifasında hərbi vətənpərvərlik mahnıları təqdim ediləcəkdir. Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır. Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/lsA04

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 250
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 418
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 89
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 87
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1127
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 580
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 320
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 575
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 179
VI Azərbaycan Astron...