Bazar, 8 İyun, 2025

“Azərbaycan Qadınları: 100 Illik Yol” - JURNALİSTLƏR ÜÇÜN MEDİA MÜSABİQƏ


  • Dərc edildi: 29 Mart, 2018 - 00:59
“Azərbaycan Qadınları: 100 Illik Yol” - JURNALİSTLƏR ÜÇÜN MEDİA MÜSABİQƏ

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) Azərbaycan Cumhuriyyətinin 100 illiyinə və Azərbaycanda qadınların səsvermə hüququnun 100-cü ildönümünə həsr olunan “Azərbaycan Qadınları: 100 Illik Yol” adlı proqram çərçivəsində JURNALİSTLƏR ÜÇÜN MEDİA MÜSABİQƏSİ ELAN EDİR   VZULAR   Azərbaycanda qadın insan haqlarının son 100 ildəki durumun öyrənilməsi, gender bərabərliyi mövzusunda de-juri və de-facto vəziyyətin araşdırılması, qadınların fundamental hüquq və azadlıqlarının təbliğ olunmasına dair jurnalistlər arasında aşağıdakı mövzular üzrə MEDİA MÜSABİQƏSİ elan edilir:  

  1. JURNALİST BAXIŞI: "Azərbaycanda qadınların insan haqları sahəsindəki uğurları: 100 ildəki (1918-2018) de-juri və de-facto vəziyyət"
  2. JURNALİST BAXIŞI: "100 ildə (1918-2018) Azərbaycanı gender bərabərliyinə aparan 5 mühüm tarixi hadisə"
  3. JURNALİST BAXIŞI: “21-ci əsrin Azərbaycan Qadını Müstəqildirmi?”
  QİYMƏTLƏNDİRMƏ MEYARLARI Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparılacaqdır:  
  • Mövzuya uyğunluğu
  • Reallığa yaxınlığı
  • Tarixi faktların istifadəsi
  • İnnovativ fikirlərin əks olunması
  • Jurnalist yazısının peşəkarlığı
Müsabiqədə iştirak etmiş şəxsin tanınma dərəcəsi deyil, təqdim olunan məqalənin/ materialın keyfiyyəti, mövzuya uyğunluğu və məzmunu əsas götürüləcəkdir. Buna görə bərabər, qərəzsiz və obyektiv qiymətləndirmə üçün münsiflər heyətinə təqdim olunacaq məqalələr müəllifin adını əks etdirməyəcəkdir, kodlaşdırılacaqdır. Eyni səbəbdən münsiflər heyətinin adları da müsabiqənin nəticələrinin elan olunması zamanı açıqlanacaqdır.   MÜDDƏT VƏ TEXNİKİ ŞƏRTLƏR  
  1. Müsabiqə üçün məqalə, veriliş və ya video material təqdim oluna bilər.
  2. Təqdim olunan məqalələr və video materiallar daha öncə dərc olunmamalı və məxsusi olaraq bu müsabiqə üçün hazırlanmalıdır. Bu barədə məqalənin əvvəlində ya sonunda istinad qeydi olunmalıdır.
  3. Məqalə və videoların həcmi sərbəstdir. Əsas şərt materialın oxucu və izləyicilər üçün yorucu olmaması, axici dillə hazırlanmasıdır.
  4. Müsabiqəyə təqdim olunan yazılar və videolar [email protected] email ünvanına göndərilməlidir.
  5. Müsabiqə 22 aprel 2018 tarixinədək davam edəcəkdir. 22 aprel 2018-ci il saat 18:00-dən sonra təqdim olunan məqalələrə və videolara baxılmayacaqdır.
QİYMƏTLƏNDİRMƏ Müsabiqədə jurnalistlər və media mütəxəssisləri iştirak edə bilərlər. Eyni şəxs bir neçə məqalə və ya video təqdim edə bilər, amma bu onun qalib olmasına üstünlük vermir. Qalibin adı 10 may 2018-ci ildə açıqlanacaqdır. Müsabiqədə cəmi bir (1) qalib jurnalist müəyyələşəcəkdir. Mükafat: Qalib mütəxəssislə 3 aylıq (01 iyun-31 avqust 2018) xidmət müqaviləsi bağlanacaqdır və xidmət RİQC-in fəaliyyətini işıqlandırmaqdan ibarət olacaqdır. Müqavilənin məbləği 1000 AZN (bir min manat) olacaqdır. Qalib jurnalistin konkret öhdəlikləri onun media imkanlarından asılı olaraq qarşılıqlı müzakirə və anlaşma əsasında formalaşacaqdır. Əlavə olaraq, ən yaxşı 6 məqalə/video material RİQC-in FB səhifəsində dərc olunacaq, seçilmiş materialların müəlliflərinə isə (6 jurnalistə) sertifikatlar təqdim olunacaqdır. DİQQƏT Müsabiqədə keyfiyyətsiz iştirak nümunələrinin təqdim edilməsi halında, müsabiqənin bütün nəticələrinin ləğv olunması hüququnu RİQC özündə saxlayır. ƏLAQƏ LUMATI Gülnarə İsmayılova Layihə meneceri Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) Afiyəddin Cəlilov küç. 26, mən. 98, AZ1025, Bakı (+99412) 490 40 44, (+99450) 760 40 44 [email protected]

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

Mükafat fondu 30.000 AZN olan bütün regionlar üzrə inkubasiya proqramına qeydiyyat!
08 May, 2025 - 17:02 188
Mükafat fondu 30.000...
"Gənc Tədqiqatçılar 2" proqramına QEYDİYYAT!
02 May, 2025 - 16:52 269
"Gənc Tədqiqatçılar ...
TAM FƏRQLI TRABZON-RIZƏ-BATUMI TURU
02 May, 2025 - 11:52 151
TAM FƏRQLI TRABZON-R...
İİTKM-də “GIS-Tech Marathon 2025”in qaliblərinin mükafatlandırılması baş tutub
29 Aprel, 2025 - 19:40 136
İİTKM-də “GIS-Tech M...
Müxtəlif şirkətlərdə müxtəlif vəzifələr, peşələr üzrə bütün Təcrübə Proqramları Bazası!
28 Aprel, 2025 - 13:54 679
Müxtəlif şirkətlərdə...
1300 AZN Maaşlı Google Ads Marketinq Təcrübə Proqramı
24 Aprel, 2025 - 17:13 998
1300 AZN Maaşlı Goog...