Şənbə, 21 Mart, 2026

"Azərbaycan Xalq Cümhuriyyəti İli" - Sərgi - Bugün!


  • Dərc edildi: 10 May, 2018 - 17:16
"Azərbaycan Xalq Cümhuriyyəti İli" - Sərgi - Bugün!

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət
Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar
İttifaqı, “Mədəniyyət” qəzeti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı,
AZƏRTAC - Azərbaycan Dövlət İnformasiya Agentliyi və Azpress - Video-
foto İnformasiya Agentliyinin xəbər saytının informasiya dəstəyi ilə
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan
Xalq Cümhuriyyəti İli" çərçivəsində gənclər və tələbələr, eləcə də
həvəskar rəssamlar arasında təsviri sənət üzrə “İSTEDAD
SORAĞINDA-3” yaradıcılıq müsabiqəsini elan edilmişdir.
Müsabiqənin yekun sərgisi 15 may 2018-ci il saat 16:00-da Xətai Sənət
Mərkəzində keçiriləcəkdir.
16-29 arasında olan gənclər və tələbələr, eləcə də həvəskar
rəssamlar arasında keçirilən müsabiqədə məqsəd istedadlı gənclərin üzə
çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət
meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının
stimullaşdırılması, yetişməkdə olan nəslin təsviri sənətə marağının daha
da artırılmasından ibarətdir.
Müsabiqəyə 250-yə yaxın həvəskar və rəssamın, 400-dən çox əsəri ilə
qatılmışdır. Yekun sərgidə 60-a yaxın iştirakçının, 70-6 qədər işinin
nümayişi nəzərdə tutulur.
Qaliblər üçün üç əsas mükafat, eləcə də müxtəlif nominasiyalar üzrə arı-
ayrı idarə və təşkilatların mükafatlarının verilməsi, eyni zamanda
“Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında ətraflı
yazı dərc olunması nəzərdə tutulmuşdur.
Sərgilənən əsərlərin müəllifləri diplomla təltif olunacaq.

Ən Son Məqalələr

Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 163
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 40
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 45
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1040
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 476
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 279
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 522
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 147
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 400
Digital Marketing üz...