Çərşənbə, 4 Fevral, 2026

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək-2018


  • Dərc edildi: 17 Sentyabr, 2018 - 09:35
Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək-2018

BAKI-2018 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə 24-25 sentyabr 2018-ci il tarixində Bakıda Elektron Ticarət Forumu keçiriləcək. “Bakı E-ticarət Forumu 2018” adlanan beynəlxalq tədbirdə 300-dən artıq yerli və xarici nümayəndənin iştirakı gözlənilir. İlk dəfə Azərbaycanda elektron ticarət, elektron ödəniş və logistika xidmətlərini həyata keçirən kiçik və orta sahibkarları, startapları, həmçinin bu sahənin müxtəlif aspektlərinin inkişafı ilə məşğul olan dövlət orqanlarını və beynəlxalq inkişaf agentliklərini bir araya gətirəcək forum Azərbaycanda elektron ticarətin inkişafına təkan vermək məqsədi daşıyır. Forum regionda elektron ticarətin inkişafı üçün müvafiq tövsiyələri nə

zərdən keçirmək və praktiki tətbiq imkanlarının müəyyən edilməsi üzrə beynəlxalq platforma rolunu oynayacaq. Forum çərçivəsində elektron ticarətin inkişafı üçün BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş 7 əsas istiqamət üzrə müxtəlif sessiyalar təşkil olunacaq. Sessiyalarda Avropa İttifaqı, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələri və elektron ticarətin inkişafı üzrə tanınmış beynəlxalq ekspertlər çıxış edəcəklər. Tədbir çərçivəsində e-ticarətlə məşğul olan yerli startapların sərgisi də təşkil olunacaq. Forumda iştirak etmək üçün www.bef2018.az rəsmi səhifəsində qeydiyyatdan keçmək tələb olunur.

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 33
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 35
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 16
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 163
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 259
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 368
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 472
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 58
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 347
Ted1.az saytı SATILI...