“Sosial Biznes Gənclər Mərkəzi (SBYC)” nin əsas məqsədi gənclərə sosial sahibkarlığı təbliğ etmək, maarifləndirmək və onlara sosial biznesləri yaratmaqda lazımi dəstəyi göstərməkdir.2018-ci ilin aprel ayında yaradılan bu platforma sosial sahibkarlıq və ona uyğun mövzulara aid artıq 900-dən çox müraciət alaraq və 200 nəfərdən çox iştirakçı qəbul edərək tədbirlərini həyata keçirtmişdir.
Sizin sosial biznes ideyanız var və sosial biznes qurmaq istəyirsiz? Sosial sahibkardan öz qurduğu layihənin uğur hekayəsini dinləmək istəyərdiniz mi? Onda platformamızın növbəti tədbirinə xoş gəlmisiniz!
Tarix : 26 Sentyabr, 18.30
Mövzu: "ƏSA" teatrının uğur hekayəsi
Məkan: Baku İdea Lab(Caspian Plaza, 3-cü mərtəbə, Cəfər Cabbarı küç.44, Nizami metrosunun yaxınlığı
Müddət: 1 saat 30 dəqiqə
Dil: Azərbaycan dili
___________________________
Spiker: Nihad Qulamzadə
- Aktyor və rejissor
- Sosial sahibkar
- Qafqazda ilk yaradılan fiziki məhdud aktyorlardan ibarət "ƏSA" teatrın təsisçisi
"ƏSA Teatrı" haqqında:
- Azərbaycanın və eləcə də Qafqazın xüsusi ehtiyacları olan və olmayan aktyorlardan ibarət ilk teatrı olan – ƏSA Teatrı 3 sentyabr 2016-cı ildə aktyor-rejissor Nihad Qulamzadə tərəfindən yaradılmışdır.
- ƏSA adı bir çoxlarının istifadə etdiyi əl ağacı mənasını daşıyır, eyni zamanda əngəlsiz, sərhədsiz, azad sözlərini özündə birləşdirir.
- ƏSA Teatrı yaranmasıyla ölkə tarixində böyük bir ilkə imza atmışdır. Eyni zamanda teatr fəaliyyəti dövründə bir çox dünya miqyaslı ilklər həyata keçirmişdir. ƏSA Teatrı dünyada ilk dəfə teatr tamaşasını işarət dili ilə sinxron şəkildə tərcümə edib. Bu nitq məhdudiyyəti olan şəxslər üçün atılmış vacib addımlardan biri idi. Beləcə, hazırda tamaşaçılarımız arasında nitq məhdudiyyətli şəxslər çoxluq təşkil edirlər.
Fiziki məhdud olan şəxslərlə bağlı ölkə tarixində ilk dəfə sosial videoçarx ƏSA Teatrı tərəfindən hazırlandı. Sosial çarxı çəkməkdə məqsəd cəmiyyətin bütün təbəqələrinin diqqətini ölkədə fiziki məhdud olan şəxslərə yönəltmək olmuşdur.
- ƏSA Teatrında fiziki məhdud olan aktrisa mədəniyyət sahəsində göstərdiyi nəaliyyətlərə görə Prezident Mükafatı ilə təltif olunmuşdur. Məhz bu aktrisa da ƏSA Teatrın yetirməsi Gülnar Əlfidatlı idi. Bununla da Gülnar Əlfidatlı ƏSA Teatrının aktrisası olaraq fiziki məhdud olan aktrisa kimi Prezident Mükafatı alan ilk gənc oldu.
- ƏSA Teatrının rəhbəri, rejissor Nihad Qulamzadə "Adamlar və siçanlar - 2" tamaşasının quruluşunda teatr tariximizdə bir ilk həyata keçirib. Belə ki, Nihad Qulamzadə tamaşanın quruluşunda film texnikalarından, xüsusilə də "flashbacklar"dan istifadə edib. Bununla da teatr tarixinə yeni üslub gətirib.
İştirak ödənişsizdir. Yerlər məhduddur. Qeydiyyat linki : https://goo.gl/forms/m770nPar20UatM3H3
Qeydiyyat üçün son tarix : 25 Sentyabr, 18.30
Əlaqə:
055 887 74 38
050 726 39 03
[email protected]