Cümə, 23 Oktyabr, 2026

“Bank Respublika” işçi axtarır – VAKANSİYA


  • Dərc edildi: 1 Aprel, 2018 - 13:15
“Bank Respublika” işçi axtarır – VAKANSİYA

“Bank Respublika” işçi axtarır – VAKANSİYA “Bank Respublika” ASC Sumqayıt filialına “Kassir” vəzifəsi üzrə vakansiya elan edir. Ümumi vəzifə öhdəlikləri: • Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək; • Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək; • Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək; • Dövriyyəyə yararsız pul əskinazlarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək; • Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq. Namizədə qarşı tələblər: • Ali təhsil; • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır; • Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma; • Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti; • Azərbaycan dili sərbəst, rus və ingilis dili arzuolunandır; • MS Office (Word, Excel) proqramları üzrə biliklər; • Komandada işləmək bacarığı; • Əzmkarlıq, düzgünlük, çalışqanlıq. Sizə nə təklif edirik? • Əlverişli iş mühitində çalışmaq imkanı; • Karyera və inkişaf perspektivləri; Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 aprel 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sumqayıt filialı/Kassir” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 76
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 105
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 285
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 984
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 356
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 540
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 628
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 755
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 701
“Biologiyanın intera...