Çərşənbə axşamı, 10 Mart, 2026

BƏƏ vizasını pulsuz necə əldə etmək olar? - TAM İZAHLI


  • Dərc edildi: 17 Dekabr, 2022 - 22:36
BƏƏ vizasını pulsuz necə əldə etmək olar? - TAM İZAHLI

BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) vizasını pulsuz necə əldə etmək olar? Əgər siz BƏƏ havalimanlarından tranzit uçursunuzsa və reys “UAE based” aviaşirkətlərdən biri tərəfindən həyata keçirilirsə bu halda ümumiyyətlə viza lazım deyil. ”UAE based” aviaşirkətlər: Etihad Airways, Emirates, flydubai və Air Arabia. Digər aviaşirkətlə, məsələn Wizz Air ilə üçüncü ölkəyə uçursunuzsa və gözləmə müddəti 8 saatdan çox, 48 saatdan azdırsa pulsuz vizadadan yararlana bilərsiniz. Əvvəlcə aşağıdakı linkə daxil olaraq başlayırıq. Link: http://bit.ly/3GmUaVi Linkə daxil olduqda “Available Services” adlı səhifə açılacaq. Burada “ TRANSIT VISA FOR 48 HOURS” yazılan hissəni seçirik və cədvəli doldurmağa başlayırıq. Əvvəlcə Əmirliyin adını (Dubay, Əbu-Dabi, Şarja və s.), tranzit havalimanını, gələcəyimiz ölkəni, reysin nömrəsini, uçuş

tarixini və elektron ünvanımızı qeyd edib “next” düyməsini seçirik. İkinci cədvəl açılır. Burda ad, soyad, milliyət, cinsiyət, doğum tarixi, doğulduğumuz yer, ailə vəziyyəti, ana adı, təhsil, din, səfərin məqsədi və pasport məlumatları yazdıqdan sonra “next” düyməsini seçirik. Üçüncü cədvəldə qalacağımız yerin (hotel) ünvanını, telefon nömrəsini yazdıqdan sonra “next” düyməsini seçirik. Dördüncü cədvəldə pasportun şəkil olan hissəsi, foto və üçüncü istiqamət üçün təsdiqlənmiş bileti yerləşdiririk və “next” düyməsini seçirik. Burada qeyd etdiklərimizi bir daha nəzərdən keçirib “next” düyməsini seçirik. Daha sonra “ I Agree to the Terms and Conditions” hissəsini seçərək müraciəti təsdiqləmək üçün “submit” edirik. Hər şey qaydasındadırsa bir neçə saata viza təsdiq olunacaq. Müəllif: Elşən İsmayılov – Səyahət bloqqeri

Ən Son Məqalələr

SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 954
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 355
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 254
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 476
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 126
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 360
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 456
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 548
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 690
Qarabağda iş imkanla...