⭐️ Ucuz uçuşlar tapmaq üçün 8 qızıl qayda.
1. Səyahət tarixlərinizi “flexible” (elastik) edin.
🔹 Avibiletlərin qiymətləri mövsümdən asılı olaraq dəyişir. Bir çox insan yeni il, novruz, qurban, ramazan bayramları və sair tətil olan dövrlərdə səyahət etməyi planlaşdırır.
🔹 Eyni zamanda təhsil müəssisələrində tətil olduğu və ən çox icazələrin istifadə olunduğu iyun, iyul, avqust ayları ərzində tələbat çox olduğundan təyyarələr dolur və biletlər çox baha olur. Səyahət üçün “flexible” vaxtınız varsa, tətil olmayan tarixlər üçün səyahət planlaşdırın.
2. Biletinizi qiymətlər ən münasib olduqda alın.
🔹 Həftənin ortasında uçmaq həfəsonu uçmaqdan daha ucuzdur, çünki çoxumuz həftə sonu harasa getməyə üstünlük veririk. Praktika göstərir ki, həftə ortasında uçmaq 10%-ə qədər qənaət deməkdir. Ən uyğun bileti axtaracağımız gün çərşənbə və cümə axşamı və saat 17.00-19.00 arasıdır, Bu saatlarda insanlar yollarda olur, və alqoritm avtomatik olaraq qiymətləri aşağı salır.
🔹 Səyahət tarixindən 34 gün əvvəlki qiymətlər 6 ay əvvəlki qiymətlərdən təxminən 4% aşağı olur.
🔹 Biletlərin qiymətləri səyahətə 28 gün qalmışa qədər demək olar ki, eyni qalır. Səfərə 18-28 gün qalmış qiymətlər ən yaxşı həddə olur.
Yanvar və fevral aylarında həm aviabilet, həm də hotel qiymətləri dəfələrlə ucuzlaşır.
🔹 Qiymətlər tarix, şəhər və günə görə dəyişə bilər. Əgər izdihamı cəlb edəcək festival, idman yarışı, gül bayramı və ya başqa tədbir varsa qiymətlər çox sürətlə yüksələ bilər.
3. Axtarış sistemlərindən istifadə edin.
Aviaşirkətlərin səhifələrinə girib uçacağınız yerləri və tarixləri bir-bir daxil etmək əvəzinə bizim üçün bunu edən aviabilet axtarış səhifələrinə baxın.
🔹 Məsələn: Skyscanner, momondo, Kiwi.com, Expedia və s.
4. Biletinizi bir neçə ay, hətta bir il əvvəl alın.
🔹 Əksər aviaşirkətlərdə ən ucuz oturacaqlar satıldıqdan sonra qalan oturacaqlar baha qiymətə satılır.
🔹 Rezervasiyanızı gec, xüsusən də səyahətin pik vaxtlarında etsəniz, bu, sizə baha başa gələcək. Uçuş tarixi yaxınlaşdıqca bilet qiymətləri artır.
Aviabiletlərin qiymətləri adətən son 2 həftədə kosmik sürətlə qalxır. Səyahət tarixiniz dəqiqdirsə, bu tarixdən ən azı 3-4 ay əvvəl bilet axtarmağa başlayın.
5. Biletinizi gec alın.
🔹 Təbii ki, aviaşirkətlər təyyarələrini doldurmaq istəyirlər. Nəzərdə tutulan vaxtda hədəflənmiş bilet satışı və doluluq nisbətinə çata bilmirlərsə, dərhal ucuz qiymətə bilet kampaniyalarına başlayırlar. Bu müddət ərzində bilet axtaran şanslılardan biri də siz ola bilərsiniz.
🔹 Əgər seçdiyiniz marşrut üzrə ən ucuz aviabileti istəyirsinizsə, qiymət xəbərdarlığı seçimindən istifadə edin.
6. Alternativ hava limanlarına baxın.
Demək olar ki, hər bir böyük şəhərin yanında ikinci hava limanı var. Aşağı büdcəli şirkətlərin üstünlük verdiyi bu hava limanlarından uçuşlar daha ucuz başa gəlir.
🔹 Məsələn, airasia, Ryanair, Wizz Air, easyJet, Vueling aşağı büdcəli hava limanlarından istifadə etdiyi üçün 10-15 avroya bilet tapmaq olur.
7. Sizə lazım olacaq aviaşirkətlərin veb-səhifələrində qeydiyyatdan keçin, onlayn abunə olun və onları sosial şəbəkələrdə izləyin ki, kampaniyalardan xəbərdar ola biləsiniz.
8. Mil kartlarından istifadə edin.
Xərclədiyiniz pulladan millər toplayın və pulsuz uçun.
♻️ Bütün məlumatlar “Skyscanner”, Expedia”, “momondo” kimi mötəbər mənbələrdən alınan statistikaya əsasən hazırlanıb.
Müəllif: Elşən İsmayılov – Səyahət bloqqeri
#uçmaqüçündoğulanlar #travelblogger #travelphotography #travel #cheapflights