Çərşənbə, 4 Fevral, 2026

Big Mac İndeksi nədir?


  • Dərc edildi: 15 İyun, 2020 - 10:15
Big Mac İndeksi nədir?

"The Economist" jurnalı tərəfindən hazırlanan Big Mac İndeksi, mütəxəssislər və investorlar tərəfindən müxtəlif məqsədlər üçün istifadə edilə bilər. İndeks, adını məşhur restoran şəbəkəsi olan McDonald`s-ın "Big Mac" hamburgerindən alır. Bəs indeks nədə və necə istifadə olunur? Big Mac indeksi, bir çox ölkələrin qiymət səviyyəsini və alıcılıq qabiliyyətini göstərən bir indeksdir. Həmçinin müxtəlif ölkələrin iqtisadi məlumatlarını müqayisə etmək üçün istifadə olunan bir dəyərdir. Adını McDonald`s-ın dünyaca məşhur “Big Mac” hamburgerindən alan bu indeks, uzun illərdir ki, iqtisadiyyatda fərqli müqayisələr aparmaq üçün istifadə olunur.

Big Mac İndeksi necə yarandı?

İqtisadiyyatda valyuta məzənnələrinin hərəkətinin qiymətləndirilməsində istifadə olunan ən əsas iki teorem var: “Alıcılıq qabiliyyəti Pariteti” və “Faiz Pariteti” teoremləridir. Qısa təriflə: Malların bir səbətinin qiymətinin bütün dünyada eyni olması ilə yaranan teorem “Alıcılıq qabiliyyəti Pariteti” adlanır. Bu gün bu pariteti daha anlaşıqlı etmək üçün yaradılan ən ümumi indeks Big Mac İndeksidir. Fastfood məhsuluna əsaslanan bu indeks, bugünkü bazarların ən etibarlı indekslərindən biridir. 13672.jpeg Big Mac İndeksi ilk dəfə 1986-cı ilin sentyabrında “The Economist” jurnalı tərəfindən hazırlanmışdır.
“Big Mac”-ın fərqli ölkələrdə satış qiymətlərinə əsaslanan bu indeks, fərqli ölkələrin valyutaları və ya digər məlumatlarının müqayisəsini daha anlaşıqlı edir. 1986-cı ildən 1993-cü ilə qədər dolların alıcılıq qabiliyyətində dəyişən indeks, bu gün digər ölkələrin valyutalarının dollara qarşı alıcılıq qabiliyyətini göstərmək üçün istifadə olunur. “The Economist” jurnalı tərəfindən mütəmadi olaraq hazırlanan Big Mac İndeksi, əsasən, müxtəlif ölkələrdə “Big Mac”-ın qiymətlərini müqayisə edərək ortaya çıxır. Hər il yenilənən bu statistikanın 2020-ci ilin yanvar ayında yayımlanan son indeksinə görə ABŞ-da “Big Mac” 5.67 dollara, Azərbaycanda 2.33 dollara satılır. Buna əsaslanaraq, ölkəmizin valyutasının ABŞ dollarına nisbətdə aşağı olduğunu görə bilərik. Fərqli bir misal göstərsək: İndeksin başında yerləşən İsveçrədə “Big Mac”-ın qiyməti 6.71 dollar olduğu halda ABŞ-da 5.67 dollardır. Buna görə, İsveçrə frankı ABŞ dollarına nisbətən daha dəyərli bir valyutadır. “The Economist” jurnalı tərəfindən belə hesab olunur ki, bütün dünyada hamburger istehsalına çəkilən xərclər bir-biridən fərqlənmir və buna görə də “Big Mac”-ın köməkliyi ilə valyutanın dəyərini öyrənmək olar. Bunun üçün müqayisə bazası kimi ABŞ-da satılan “Big Mac”-ın qiyməti götürülür. Əgər hər hansı ölkədə “Big Mac”-ın qiyməti bu həddən yüksəkdirsə, deməli, həmin ölkənin valyutasının dəyəri süni şəkildə “şişirdilib”. Yəni bu ölkənin valyutasının məzənnəsi əslində aşağı olmalıdır. Əgər “Big Mac” ABŞ-dakı qiymətdən ucuzdursa, həmin ölkənin valyutasının məzənnəsi real dəyərindən aşağıdır və bu ölkədə dollar ucuzlaşdırılmalıdır.

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 38
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 173
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 17
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 171
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 268
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 369
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 472
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 58
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 348
Ted1.az saytı SATILI...