Biznesə başlamaq istəyənlərin nəzərinə! - ARAŞDIRMA

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) apardığı daxili bazar araşdırmasının nəticələrini təqdim edib.

EduOnline.Az xəbər verir ki, daxili bazar araşdırması yeni biznesə başlamaq və mövcud sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən biznes subyektləri üçün faydalıdır.

KOBİA-nın təşəbbüsü ilə aparılmış bazar araşdırmaları ilə tanış ola bilərsiniz:

-Pambıq bitkisinin gövdəsindən mebel sənayesində lazım olan yarımfabrikat lövhələrin hazırlanması

-Lifsiz pambıq toxumunun emalı müəssisəsinin yaradılması

-Pambıq çiyidinin toxumundan, günəbaxan və qarğıdalı bitkilərindən qida üçün yağ məhsullarının hazırlanması müəssisəsinin yaradılması

-Pomidor emalı müəssisələrinin yaradılması

-Mühərriksiz kənd təsərrüfatı aqreqatlarının istehsal potensialının öyrənilməsi

-Nar sousu istehsalı

-Mini-Konserv istehsalı

-Göbələk istehsalı

-Fındıq əzməsi istehsalı

-Şirniyyat halvalarının istehsalı

-Nehrə yağlarının istehsalı

-Səyyar qəhvə və yan məhsulların istehlakı

-Meyvə qurularının və meyvə pürelərinin istehsalı

-Bal və arıçılıq məhsulları istehsalı

-Kimyəvi yuyucu vasitələrin istehsalı (paltar və qab üçün)

-HORECA sahəsi üzrə şirniyyat ehtiyacları

-Optik eynəklərin istehsalı

-Boya istehsalı

-Daşınar soyuducu anbarların istehsalı

-Tekstil fabrikinin yaradılması

-Məişət tullantıları konteynerlərinin istehsalı və satış imkanları

-Reklam vasitələrinin yaradılması və effektivliyi

-Avtokimya xidməti və məhsullarının istehsalı

-Özəl və korporativ geyimlərin istehsalı

-Minik və yük avtomobillərində yağdəyişmə xidmətləri

Daha ətraflı məlumat üçün👈

 

Ümumi məlumat:

Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanına uyğun olaraq, ölkəmizdə rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması məqsədilə daxili bazar araşdırmasının aparılması üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərilir.

Daxili bazar araşdırmasının aparılması üçün dəstək tədbirləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilir.

Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilər.

Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği 20 min manata qədərdir. Bazar araşdırmasının aparılması üçün sahibkarlar fərdi və ya qrup halında müraciət edə bilərlər.

Yeni məhsul və xidmətlər yaratmaq, biznesini genişləndirmək istəyən sahibkarlar daxili bazar araşdırmasının aparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ƏRİZƏ FORMASINI dolduraraq Agentliyə birbaşa (Ünvan: AZ1069, Bakı şəhəri, Atatürk prospekti, 134) və ya elektron ([email protected]) müraciət edə bilərlər.

Ətraflı məlumat üçün: 131 Çağrı Mərkəzi, (+994 12) 404 04 01.

https://youtu.be/sOZWmsB_7J4

Təqdimat

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi QAYDASI

 
Paylaş