Şənbə, 7 Mart, 2026

"Deməyə Sözüm Var" layihəsi üçün müraciət başladı


  • Dərc edildi: 5 Fevral, 2020 - 22:46
"Deməyə Sözüm Var" layihəsi üçün müraciət başladı

Baku IdeaLab, "Böyük Britaniyanın Konflikt, Sabitlik və Təhlükəsizlik Fondu"nun dəstəyi ilə həyata keçirilən "Öz Şəhərini Dəyiş" proqramı çərçivəsində "Deməyə Sözüm Var" layihəsi üçün müraciət başladı. "Deməyə Sözüm Var" layihəsi cəmiyyətdə ənənəvi, qəlibləşmiş ifadələrin transformasiyasına nail olmaqla gender stereotiplərinin qırılmasına töhfə verməyi hədəfləyir. Layihə çərçivəsində Gender və Stereotiplər mövzusunda 2 günü əhatə edən təlim proqramı keçiriləcəkdir.Təlim sonrasında isə iştirakçıların öyrəndiklərini incəsənət vasitəsi ilə vizuallaşdırmağı planlaşdırılır. Yaradılan incəsənət nümunələri sərgidə nümayiş olunacaqdır. Layihədə 16 yaşdan yuxarı həvəskar və peşəkar rəssamlar, incəsənət və gender mövzularında maraqlı olan, yaradıcı düşünməyi sevən hər kəs iştirak edə bilər. Müraciət linki: https://surveyheart.com/form/5e2f37cd43d83b353d1d81ba Təlimin keçirilmə tarixi: 14 və 15 fevral 2020 Saat: 10:00-14:00 Məkan: Baku IdeaLab (Nizami m/s, Caspian Plazanın III mərtəbəsi) Qeyd: - Yalnız ilkin mərhələdən uğurla keçmiş şəxslər müsahibəyə çağırılacaq; -Layihədə iştirak tam ödənişsizdir və təlimlər Azərbaycan dilində keçiriləcək; -Müraciətlər arasından yalnız 20 iştirakçı seçiləcək; -Layihədə iştirakını uğurla başa vurmuş iştirakçılara sertifikat təqdim ediləcək; -Təlim günləri dadlı "coffe break"lə təmin olunacaqdır. Son müraciət tarixi: 07.02.2020 Layihə ilə bağlı hər hansısa sualınız yarandıqda, bizimlə aşağıdakı vasitələrlə əlaqə yaratmaqdan çəkinməyin: Email: [email protected] Telefon: +99450 630 55 71

Ən Son Məqalələr

SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 925
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 319
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 249
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 462
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 117
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 346
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 446
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 541
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 674
Qarabağda iş imkanla...