Bazar, 25 Yanvar, 2026

Dərs Evi gənc müəllimlər üçün ödənişsiz onlayn yay kampı təşkil etdi!


  • Dərc edildi: 8 Sentyabr, 2020 - 05:39
Dərs Evi gənc müəllimlər üçün ödənişsiz onlayn yay kampı təşkil etdi!

Dərs Evi gənc müəllimlər üçün ödənişsiz onlayn yay kampı təşkil etdi! “Gələcəyin müəllimi” adlı kampda peşəkar müəllim kimi fəaliyyət göstərmək istəyən iştirakçılara həm canlı, həm də onlayn dərslərin keyfiyyətli aparılması üçün təlim keçirildi.   Pedaqoji sahədə təhsil alan 4-cü kurs tələbələri və 30 yaşa qədər məzunların iştirak etdiyi onlayn kampda dərslərin effektiv aparılması, ABŞ və İsrail tədris metodikası üzrə master-klaslar təşkil edildi.   Bundan əlavə, gənc müəllimlərə real sinif ilə dərs apararaq nəzəri bilikləri təcrübədən keçirmək fürsəti də verildi. Onlar şagirdlərlə ünsiyyət quraraq sual-cavab etdilər. Həmçinin gənc müəllimlər simulyasiya zamanı real sinifdə yarana biləcək problemləri də həll etməyə çalışdılar. Layihənin sonunda isə bu dərslər Dərs Evinin peşəkar müəllimləri tərəfindən qiymətləndirildi. Gələcəyin müəllimləri hər biri ayrılıqda peşəkarların tövsiyələrini dinlədilər.   Nənəxanım Mədətova 29 yaş – təlim iştirakçısı “Təlim zamanı universitetdə dinlədiyimiz mühazirələrə aydınlıq gətirildi, məlumatlar bizə daha aydın və sadə formada təqdim edildi. Sonda peşəkarlar tərəfindən verilən rəylərə görə ayrıca təşəkkür edirəm. Universitetdə açıq dərslər zamanı biz bu cür obyektiv qiymətləndirilmirdik”.   Ayşən Fərzəliyeva 25 yaş - təlim iştirakçısı “Təlim çox maraqlı keçdi. Bu kampdan dərsin təşkili üçün lazımi veb-alətlər, motivasiya, şagirdlərin psixoloji vəziyyətlər

inin nəzərə alınması, interaktiv təlimin təşkili və onlayn dərslər barədə çox yeniliklər öyrəndim. Birdaha təşəkkür edirəm!” Aytac Rəcəbli 21 yaş - təlim iştirakçısı “Kamp zamanı universitet illərində yaranan bütün suallarıma cavab ala bildim. İnkişaf etdirməli olduğum tərəflərim barədə də tövsiyələr aldım. Hər şey super idi. Dərs Evindəki auranı çox bəyəndim və bu kollektivə qatılmaq istərdim.”   Şəms Əlizadə 29 yaş - təlim iştirakçısı “Düşərgə çox faydalı idi. İlk növbədə şagirdlərlə iş zamanı yarana biləcək fors-major vəziyyətlərdə nə etməli olduğumuzu öyrəndik. Həmçinin şagirdlərə informasiyanı demotivasiya etmədən düzgün çatdırmağın yollarını da öyrəndik.” Türkan Zeynalova 23 yaş - təlim iştirakçısı “Səmimi deyirəm ki, bu kamp müəllimlik sənətinə sevgimi artırdı. Baxışım dəyişdi. Bu peşənin bu qədər sevgi ilə icra edildiyini düşünmürdüm.” “Gələcəyin müəllimi” kampının iştirakçılarına layihənin sonunda sertifikatlar təqdim edildi. Qeyd etmək istərdik ki, göstərilən böyük marağı nəzərə alaraq Dərs Evində bu cür vacib və faydalı layihələrin davamlı təşkili nəzərdə tutulur. https://www.youtube.com/watch?v=9_AojMk_SHA&feature=youtu.be

Ən Son Məqalələr

Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 114
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 183
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 26
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 286
Ted1.az saytı SATILI...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16 Yanvar, 2026 - 14:20 38
VI Azərbaycan Astron...
İdeyan var? 9 aylıq inkubasiya və pul mükafatı qazanmaq şansını qaçırma!
16 Yanvar, 2026 - 01:31 83
İdeyan var? 9 aylıq ...
Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub
20 Dekabr, 2025 - 16:44 120
Zirə qəsəbəsinə aqro...
SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 298
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 120
“İngilis dili üzrə b...