Cümə, 12 Dekabr, 2025

Pandemiya dövründə fiziki tərbiyə dərslərinin əhəmiyyəti


  • Dərc edildi: 7 Sentyabr, 2020 - 10:07
Pandemiya dövründə fiziki tərbiyə dərslərinin əhəmiyyəti

Pandemiya dövründə fiziki tərbiyə dərslərinin əhəmiyyəti

Bir neçə aydır ki, ölkədə karantin rejmi tətbiq olunur. Karantin rejimində insanlar sosial təcrid olunmaqla fiziki aktivlik səviyyəsi aşağı düşüb. Xüsusən uşaqlarda bu daha çox özünü göstərir. Bu sosial uzaqlaşdırma tədbirləri indiki dövrdə vacib olsa da, insan orqanizmi hələ də fiziki fəaliyyətə və bunun bir çox faydasına ehtiyac duyur. Hərəki aktivliyin olmaması və ya məhdudlaşdırlması orqanizmə mənfi təsir göstərir. İnsanlar hərəkət azlığı şəraitində yaşaya bilərlər. Lakin bu əzələlərin köklü dəyişilməsinə, sümüklərin möhkəmliyinin azalmasına, ürək-damar, tənnəfüs və digər sistemlərin funksional vəziyyətinin pozulmasına gətirib çıxara bilər. Məlumdur ki, uzun müddət yataq rejmi xəstəyə də pis təsir göstərir. Məhz buna görə də vəziyyəti imkan verdiyi elə ilk məqamlarda təcrübəli həkimlər xəstəyə ayağa qalxmaqa icazə verirlər. Fiziki aktivlik eyni zamanda insanın immunitetini də gücləndirən faktorlardandır. Çoxumuz fiziki aktivlik və idmanın fiziki faydalarını bilirik, lakin fiziki cəhətdən aktiv olmağın beyin sağlamlığı və idrakına da müsbət təsir etdiyini unutmamalıyıq. Daha sürətli fiziki fəaliyyət eyni zamanda öyrənmə hazırlığına birbaşa təsir edən konsentrasiyanı və diqqəti artırır. İnsanlar fiziki olaraq aktiv olduqdan sonra suallara daha sürətli və daha dəqiq cavab verməyə meyllidirlər. Xüsusilə daha mürəkkəb düşüncə tələb olunduqda, fiziki fəaliyyətin beynin daha səmərəli və effektiv işləməsinə kömək etdiyi görünür. Fiziki fəaliyyət psixoloji sağlamlıqla da möhkəm bağlıdır. Fiziki fəaliyyət bədənin istehsal etdiyi təbii kimyəvi maddələr olan endorfinləri və stresin tənzimlənməsində vacib zülal olan beyin mənşəli nörotrofik faktorunun (BDNF) yaranmasında əhəmiyyətli rola malikdir. Buna görə fiziki fəaliyyət depressiyanın və narahatlığın müalicəsində terapevtik rol oynayır. Fiziki fəaliyyətlə məşğul olmaq həm fiziki, həm də psixoloji sağlamlığımız üçün gündəlik həyatımızın bir hissəsi olmalıdır. Fiziki fəaliyyət müxtəlif faydaları ilə bütöv sağlamlıq və rifah üçün vacib bir ünsürdür.

Məktəblərin uzun müddət bağlanması uşaqların uzun müddət hərəkətsiz qalmasına gətirib çıxardı. Məktəbdə olarkən şagirdlər gün boyu hərəkət edir. Hər bir məktəbyaşlı uşaq və yeniyetmə gün ərzində ən azı 60 dəqiqə orta intensivlikli fiziki fəaliyyətlə məşğul olmalıdırlar. Lakin uzun müddətdir ki, uşaqlar evdə karantin şəraitindədir, bu fiziki aktivlikdən məhrumdur. Artıq yeni tədris ili başlamaq üzrədir. Yeni tədris ilində fiziki tərbiyə dərsləri böyük əhəmiyyətə malikdir. Burada fiziki tərbiyə müəllimlərinin üzərinə böyük yük düşür. Fiziki tərbiyə müəllimləri şagirdlərin hamsının dərsdə fəal iştirakını təmin etməli, dərs müddətində şagirdləri müxtəlif fiziki gərginliklə yükləməyi bacarmalı, dərsdə vaxtdan optimal istifadə etməlidir. Şagirdlərdə müxtəlif oyunlar vasitəsi ilə dərsə həvəs yaratmalıdılar. Şagirdlərin həftədə 2-3 dəfə məktəbə gələcəklərini nəzərə alaraq fiziki tərbiyə müəllimləri fiziki aktivliyi təbliğ edərək, şagirdlərin məktəbdən sonra da fiziki fəaliyyətlə məşğul olmasına nail olmalıdır. Bu zaman valideynlərlə aparılan təbliğat da böyük əhəmiyyətə malikdir.

İlkin Həsənov Bakı şəhər Nəsimi rayon 211 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi

Ən Son Məqalələr

SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 60
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 16
“İngilis dili üzrə b...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi ” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:44 13
“İbtidai sinif şagir...
“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
28 Noyabr, 2025 - 01:29 55
“Biologiyanın intera...
Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 20:09 632
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 217
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 201
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 538
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 564
Qubadlıya öz sahiblə...