Çərşənbə axşamı, 23 Dekabr, 2025

Mərkəz Direktor vəzifəsi üzrə vakansiya elan edir


  • Dərc edildi: 30 Noyabr, 2021 - 16:49
Mərkəz Direktor vəzifəsi üzrə vakansiya elan edir

Azərbaycan Diplomatiya Mərkəzi Direktor vəzifəsi üzrə vakansiya elan edir. Tələblər: - Yaş həddi 25-35 yaş arası olmalı; - İqtisadiyyat və idarəetmə, biznes və marketinq, idarəetmə sahəsində ali təhsilli olmalı; - Minimum 3 il (iki il rəhbər vəzifədə olmaq şərti ilə) iş təcrübəsi olmalı; - Seçim zamanı müvafiq vəzifədə təcrübəsi olanlara üstünlük verilir; - İdarəçilik prinsiplərini yaxşı bilməli, ünsiyyətə yönümlü olmalıdır; - Güclü liderlik keyfiyyətinə sahib olmalıdır; - Kollektivlə işləmək və kollektivi idarə etmək bacarıqlarına malik olmalı; - Kooperativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməlidir; - Dəqiq planlaşdırma və ciddi nəzarət etmək qabiliyyəti; - Analitik təhlil qabiliyyətinə sahib olmalıdır; - İşgüzar ünsiyyət və danışıqlar aparmağı bacarmalı; - Ezamiyyətlərə getmək imkanına malik olmalıdır; - Nitq danışığı və nitq mədəniyyəti; - Təşkilatçılıq qabiliyyəti; - İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olma və təşəbbüskarlıq qabiliyyəti; - Azərbaycan dilini sərbəst və səlist, Rus və İngilis dillərini yaxşı səviyyədə bilməlidir; - Komputer biliyi: MS Office proqramları Vəzifələr: - Mərkəzin iş prinsiplərinə uyğun olaraq, struktur bölmələrin işini təşkil etmək; - İşin icrasına nəzarət etmək və yaranacaq problemlərin aradan qaldırılmasını təmin etmək; - Rəhbərlik etdiyi şöbələrin fəaliyyətini koordinasiya etmək, onlara bilavasitə nəzarəti həyata keçirmək; - Tabeçiliyində olan əməkdaşların əmək funksiyalarını (vəzifə təlimatını) müəyyən etmək, onları qiymətləndirmək; - Mərkəzin qısamüddətli və uzunmüddətli fəaliyyət planlamalarını hazırlamaq və həyata keçirilməsini təmin etmək; - Mərkəz üçün yarana bilən riskləri və ya imkanlarını mü�

�yyən etmək; - Müəssisənin korporativ mədəniyyət kodeksinin tələblərinin yerinə yetirilməsini təmin etmək; - Səmərəliliyin artırılması məqsədilə ilə yeni təkliflər vermək; - Mərkəzin fəaliyyətinin cari və gələcək plan və proqramlarının tərtibatını təşkil etmək, onları Təsisçinin təsdiqinə təqdim etmək və Təsisçinin təsdiq etdiyi plan və proqramların yerinə yetirilməsini təmin etmək; - İşçilərin vəzifələrinin keyfiyyətli və vaxtı-vaxtında yerinə yetirilməsinə nəzarət etmək; İşçi komandasına tətbiq olunan öhdəlik və tapşırıqların həyata keçirilməsi üçün işçilərin bu istiqamətdə təlimatlandırılmasını və yönəldilməsini təmin etmək; - Struktur bölmənin işçilərinin işinin qiymətləndirilməsini aparmaq; - Mərkəzin idarə olunması ilə əlaqədar qərarlar qəbul etmək və ya qərarın verilməsi prosesində iştirak etmək; - Təlim və tədris, inkişaf mərkəzi üzrə idarəetmə sisteminin qurulması, tətbiqi və təkmilləşdirilməsini həyata keçirmək; - Yüksək səviyyəli təlimçilərin cəlb olunmasını təmin etmək; - Tədbirlər planınını hazırlamaq; - Mərkəzin iclas və müşavirələrində iştirak etmək; - Mərkəzin idarə edilməsi haqqında daxili təlimatların hazırlanması, tətbiqi və icra edilməsini təmin etmək; - Mərkəzin fəaliyyətində qarşılıqlı əlaqənin qurulması və idarə edilməsini həyata keçirmək; - Mərkəzin fəaliyyətinə nəzarət etmək, hədəfə çatmaq üçün analizlərin aparmaq və hesabatların vermək; İş şəraiti: İş rejimi 6 günlükdür; İstirahət vaxtları bazar günləri və bayram günləri sayılır; Ə/h: 4000 AZN Maraqlanan şəxslər CV-lərini [email protected] elektron ünvanına 10 Dekabr tarixinədək e-mailin mövzu hissəsində vakansiyanın adını qeyd edərək göndərə bilərlər.

Ən Son Məqalələr

Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub
20 Dekabr, 2025 - 16:44 32
Zirə qəsəbəsinə aqro...
SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 194
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 49
“İngilis dili üzrə b...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi ” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:44 50
“İbtidai sinif şagir...
“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
28 Noyabr, 2025 - 01:29 70
“Biologiyanın intera...
Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 20:09 662
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 263
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 269
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 572
Xalqları birləşdirən...