Şənbə, 21 Mart, 2026

İdarəçilik üzrə əmək haqqılı təcrübə proqramı


  • Dərc edildi: 29 Noyabr, 2021 - 16:38
İdarəçilik üzrə əmək haqqılı təcrübə proqramı

“Azerbaijan School of Diplomacy” idarəçilik üzrə əmək haqqılı təcrübə proqramı elan edir. İqtisadiyyat, Politologiya, Beynəlxalq Münasibətlər, Regionşünaslıq, Menecment, Sosial İş və əlaqəli sahələrdə geniş təcrübə qazanmaq istəyən tələbələrin və yeni məzunların nəzərinə! ADM 3 aylıq təcrübə proqramı elan edir! ÜMUMİ MƏLUMAT: Gənclər təhsil sahəsində keçirdiyi layihələrlə geniş auditoriyanı əhatə edən Azərbaycan Diplomatiya Mərkəzinin beynəlxalq münasibətlər, xaricdə təhsil, layihələrin idarə olunması, vətəndaş problemlərinin həlli və bu kimi digər şöbələrində adı çəkilən sahələr üzrə peşəkar karyera qurmaq üçün ilk addımlarını atacaqlar. Belə ki, bu proqram əsasında siz aylıq əmək haqqı almaqla yanaşı həftədə bir dəfə yerli və xarici professor heyətinin treninqlərinə qoşularaq idarəetmənin əsas prinsiplərini, o cümlədən incəlikləri ilə yaxından tanış olacaqsınız. Təcrübə proqramı 3 ay davam edəcək. Həftənin 5 günü iş prosesi (xidmət haqqı ilə); Həftə sonları treninqlər; Ən sonda dünyanın 80-dən çox ölkəsində tanınan beynəlxalq sertifikat ilə təmin olunacaqsınız. Xüsusi bacarıqlarını sərgiləyən əməkdaşlar Türkiyədə 2 həftəlik təcrübə proqramına göndəriləcəklər. TƏLƏBLƏR:  İqtisadiyyat, Menecment, Beynəlxalq Münasibətlər, Regionşünaslıq, Sosial İş və əlaqəli ixtisaslarda təhsil alan II, III, IV kurs və ya magistr tələbələri və ya yeni məzun;  18-30 yaş aralığı;  Səlis Azərbaycan dili;  Xarici dil bilikləri: Rus və ya İngilis

dili (arzuolunandır);  Öyrənməyə həvəsli, detallara diqqətli, punktual və məsuliyyətli, gülərüz və çevik;  Həvəsli, bacarıqlı və tələbkar;  Komandada işləmək bacarığı;  MS Office baza bilikləri;  3 aylıq könüllülük və ya iş fəaliyyəti TƏCRÜBƏ PROQRAMI SİZƏ NƏ QAZANDIRACAQ:  Sonda referans məktubu (yalnız nümunəvi əməkdaşlara) ;  2 aylıq təmənnasız ingilis dili paketi;  Sonda beynəlxalq sertifikat;  Təcrübə proqramında yüksək qiymətləndirilən şəxslər Türkiyənin tanınmış universitet və ya araşdırma mərkəzlərindən birində 14 günlük iş təcrübəsi əldə etmə şansı qazanacaq.  Bu vakansiya üzrə rəsmi olaraq işə qəbul edilən əməkdaşlar beynəlxalq sertifikasiya proqramından keçir və sonda imtahan vermələri tələb olunur. Qiyməti Azərbaycanda 450-600 AZN dəyərində olan, 2 həftəlik 6 dərsi əhatə edən və professional bacarıqların inkişafına yönələn bu proqramın ödənişi Mərkəz tərəfindən qarşılanır və əməkdaşlarımız üçün tamamilə ödənişsiz həyata keçirilir, işçi heyəti yalnız beynəlxalq sertifkat rüsumunu 178 AZN + ƏDV ödəyir. (Təcrübəyə qoşulan şəxs ödəyir) Təcrübəçilərə 3 aylıq müddət üçün ayrılan xidmət haqqı ümumilikdə 800-1000 AZN təşkil edir. Son müraciət tarixi: 30 Dekabr ƏLAQƏ ÜÇÜN: E-mail : [email protected] Əlaqə nömrəsi : +994 50 800 11 13 Ünvan : Bakı şəh., Səbail ray., Nizami küçəsi 64  

Ən Son Məqalələr

Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 161
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 40
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 45
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1040
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 473
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 278
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 520
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 146
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 396
Digital Marketing üz...