Bazar ertəsi, 2 Fevral, 2026

Dövlət İmtahan Mərkəzi Şirvan, Şəmkir, Bərdə şəhərlərində elmi-metodiki seminarlar keçirəcək


  • Dərc edildi: 21 Yanvar, 2019 - 19:24
Dövlət İmtahan Mərkəzi Şirvan, Şəmkir, Bərdə şəhərlərində elmi-metodiki seminarlar keçirəcək

Dövlət İmtahan Mərkəzi Şirvan şəhərində Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə seminarlar keçirəcək

Dövlət İmtahan Mərkəzinin keçirəcəyi seminarların proqramı:
28 yanvar 2019-cu il İclasın başlanma vaxtı: saat 11:00 İclasın keçiriləcəyi ünvan: Şirvan Gənclər Evi (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi, 1B) Plenar iclas Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək yeni qaydalar haqqında Məleykə xanım Abbaszadə – Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının Sədri Azərbaycan dili fənni üzrə seminar 1. Buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək modellər haqqında Afiqə Batıyeva – Dövlət İmtahan Mərkəzinin şöbə müdiri 2. Buraxılış və qəbul imtahanları proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında Saməddin İbrahimov – Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin müəllimi Riyaziyyat fənni üzrə seminar Buraxılış və qəbul imtahanları proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında İmran Abdullayev –Bakı Dövlət Universitetinin dosenti İngilis dili fənni üzrə seminar Buraxılış imtahanları proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında Şəhla Musayeva – 115 nömrəli tam orta məktəbin müəllimi, seminar rəhbəri =================================
 

Şirvan şəhərində ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək yeni qaydalar və modellər haqqında elmi-metodiki seminarlar keçiriləcək

Dövlət İmtahan Mərkəzi 28 yanvar 2019-cu il tarixində Şirvan şəhərində ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək yeni qaydalar və modellər haqqında elmi-metodiki seminarlar keçirəcək
28 yanvar 2019-cu il tarixində saat 11:00-da Şirvan Gənclər Evində (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi, 1B) ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək yeni qaydalar və modellər haqqında Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə elmi-metodiki seminarlar keçiriləcək. Seminarlarda Şirvan şəhəri, Hacıqabul, Salyan, Saatlı, Sabirabad, Neftçala rayonlarının müvafiq fənn müəllimləri iştirak edə bilərlər. ===========================  

Dövlət İmtahan Mərkəzi 27 yanvar 2019-cu il tarixində Şəmkir şəhərində ingilis, fransız, alman və rus dili fənləri üzrə buraxılış imtahanlarında tətbiq ediləcək modelə dair elmi-metodiki seminarlar keçirəcək

Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarında tətbiq ediləcək modelə dair Şəmkir şəhərində DİM-in keçirəcəyi seminarların proqramı: Seminarın başlanma vaxtı: saat 10:00 Seminarın keçiriləcəyi ünvan: Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəb (Şəmkir şəhəri Ş. Qurbanov №53) Buraxılış imtahanlarının yeni qaydaları haqqında Afiqə Batıyeva – Dövlət İmtahan Mərkəzinin şöbə müdiri. İngilis dili fənni üzrə seminar Buraxılış imtahanının proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında Könül Həsənova – Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin böyük məsləhətçisi Fransız dili fənni üzrə seminar Buraxılış imtahanının proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında Çəmən Babaxanova – Azərbaycan Dillər Universitetinin professoru, filologiya üzrə fəlsəfə doktoru. Alman dili fənni üzrə seminar Buraxılış imtahanının proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında Raya Həsənova – Azərbaycan Dillər Universitetinin dosenti Rus dili fənni üzrə seminar Buraxılış imtahanının proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında Afət Mürsəliyeva – Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi ====================
 

Bərdə şəhərində yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları, Şəmkir şəhərində elmi-metodiki seminarlar keçiriləcək

26 yanvar 2019-cu il tarixində Bərdə şəhərində yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları, 27 yanvar 2019-cu il tarixində Şəmkir şəhərində elmi-metodiki seminarlar keçiriləcək
Dövlət İmtahan Mərkəzi 26 yanvar 2019-cu il tarixində saat 10:30-da Bərdə şəhərində (5 nömrəli tam orta məktəb; Bərdə şəhəri, K.Cabbarov küçəsi, 5) Azərbaycan dili, fizika, biologiya, tarix, ingilis dili, riyaziyyat və coğrafiya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edəcək. Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak edə bilərlər. 27 yanvar 2019-cu il tarixində saat 10:00-da Şəmkir şəhərində (Nizami adına şəhər tam orta məktəb; Şəmkir şəhəri Ş. Qurbanov №53) ingilis, fransız , alman və rus dili fənləri üzrə elmi-metodiki seminarlar keçiriləcək. Seminarlarda Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarının müvafiq fənn müəllimləri iştirak edə bilərlər.

Ən Son Məqalələr

Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 147
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 239
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 357
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 463
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 53
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 339
Ted1.az saytı SATILI...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16 Yanvar, 2026 - 14:20 59
VI Azərbaycan Astron...
İdeyan var? 9 aylıq inkubasiya və pul mükafatı qazanmaq şansını qaçırma!
16 Yanvar, 2026 - 01:31 123
İdeyan var? 9 aylıq ...
Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub
20 Dekabr, 2025 - 16:44 141
Zirə qəsəbəsinə aqro...