Cümə axşamı, 30 Aprel, 2026

Dövlət İmtahan Mərkəzində “məsləhət saatları” təşkil olunacaq


  • Dərc edildi: 3 Aprel, 2019 - 22:57
Dövlət İmtahan Mərkəzində “məsləhət saatları” təşkil olunacaq

“Məsləhət saatları”nın keçirilməsində məqsəd abituriyent və onların valideynlərini, bakalavrları, dövlət qulluğuna qəbul olmaq istəyənləri, eləcə də müraciət edən digər şəxsləri DİM-in həyata keçirdiyi tədbirlər - imtahanlar, ərizə qəbulu, elektron xidmətlər və s. məsələlərlə bağlı məlumatlandırmaqdır. “Məsləhət saatlar”ı zamanı DİM-in rəhbər şəxsləri, struktur bölmələrinin rəhbərləri və digər əməkdaşları tərəfindən müvafiq dövrdə aktual olan və Mərkəz tərəfindən həyata keçirilən tədbirlər - buraxılış, qəbul imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, elektron ərizələrin təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi za

manı diqqət yetirilməli olan vacib məsələlər, elektron xidmətlər və s. haqqında müraciət edən şəxslərə kömək göstəriləcək. İlk “məsləhət saatı” aprelin 5-də saat 15.00-da DİM-in Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq, 1M ünvanında yerləşən binasında təşkil olunacaq. Vətəndaşları Dövlət İmtahan Mərkəzinin İctimaiyyətlə əlaqələr və kargüzarlıq şöbəsinin müdiri Nigar Hüseynova-Didavari qəbul edəcək. Qəbula gəlmək istəyən şəxslərin DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri tələb olunur. Qeyd: Qəbula gələn şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Ən Son Məqalələr

“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 36
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 94
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 92
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 81
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 339
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 541
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 154
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 154
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1250
SOCAR-ın Sumqayıt və...