Şənbə, 17 Oktyabr, 2026

“İnnovasiya və şəffaflıq” devizi altında III Maliyyə və İnvestisiya Forumu keçiriləcəkdir


  • Dərc edildi: 3 Aprel, 2019 - 22:51
“İnnovasiya və şəffaflıq” devizi altında III Maliyyə və İnvestisiya Forumu keçiriləcəkdir

4 may 2019-cu il tarixində Bakı şəhərində, “Pullman” oteldə ölkəmizin aparıcı şirkətlərinin iştirakı ilə “İnnovasiya və şəffaflıq” devizi altında III Maliyyə və İnvestisiya Forumu keçiriləcəkdir. Bu ilki forumun keçirilməsində əsas məqsəd ölkəmizdə innovasiyayönümlü iqtisadiyyatın inkişafının genişləndirilməsi, bu sahənin hüquqi və infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırması, regional miqyasda Azərbaycan Respublikasının mövqeyinin daha da gücləndirilməsi istiqamətində dövlət siyasətinin reallaşmasına dəstək olmaq və geniş auditoriyanı maarifləndirməkdən ibarətdir.   Ötən illərdə olduğu kimi forumda yerli və xarici spikerlərin çıxışları timsalında dünya və Azərbaycanın gündəmdə olan maliyyə, vergi və iqtisadi mövzuları müzakirəyə çıxarılacaq.   Forum bir gün ərzində 3 panel - “İnvestisiya və maliyyələşmə strategiyaları”, “Vergi siyasəti və mühasibat uçotu” və “Sahibkarlıq və innovasiya” panelləri üzrə keçiriləcəkdir. Forumda əsasən aşağıdakı mövzular üzərində məruzə və diskussiyyalar aparılacaqdır: Rəqəmsal bankçıl�

�ğın inkişafı, şirkətlərə maliyyə vəsaitlərinin cəlbi, ERP sistemlərinin qurulması, big data analitika və maliyyə sisteminə tətbiqi, start up –lara investisiyalar, kölgə iqtisadiyyatı ilə mübarizə, vergi qanunvericiliyinin tətbiqi, sahibkarlığın inkişafı kimi mövzular müzakirəyə çıxarılacaq.   Azərbaycan Respublikasında innovasiya sahibkarlığı sahəsində fəaliyyətinin davamlı inkişafı, innovasiya sferası subyektlərinin fəaliyyətini genişləndirmək üçün hərtərəfli imkanların yaradılması dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Hökumət tərəfindən innovasiya sisteminin formalaşması və inkişafının strateji istiqamətlərinin müəyyən edilməsi, innovasiya layihələrin maliyyələşməsi, investisiyaların cəlb edilməsi və təşviqi üzrə əlverişli şəraitin yaradılması, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılması, innovativ xarakterli inkişaf təcrübəsinin öyrənilməsi, inkişaf strategiyasının hazırlanmasında ondan istifadə edilməsi və digər məsələlərlə bağlı bir sıra mühüm sənədlər imzalanmış və konkret hədəflər müəyyən edilmişdir.  

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 33
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 79
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 250
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 922
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 333
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 513
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 605
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 733
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 676
“Biologiyanın intera...