Çərşənbə, 1 Aprel, 2026

Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilmişdir


  • Dərc edildi: 5 Yanvar, 2019 - 08:02
Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilmişdir

Dövlət İmtahan Mərkəzi tərəfindən 4 yanvar 2019-cu il tarixində 6 dövlət
orqanında inzibati vəzifələrin 4-7 - ci təsnifatına uyğun olan vəzifələrin A və B
növü üzrə ümumi müsahibə elanı verilmişdir. Elana çıxarılan vəzifələr mərkəzi
icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda,
yerli bölmələrdə, olmaqla 13-ü dövlət qulluğu vəzifələrinin A növünə (inzibati
rəhbər) və 30-u isə B növü vəzifələrə (inzibati-icraçı) aiddir.
Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati
vəzifələrin 4-cü təsnifatına uyğun olan İqtisadiyyat Nazirliyində şöbə müdiri,
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Müdafiə Sənayesi
Nazirliyində şöbə müdirinin müavini, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Avtomobil
Nəqliyyatı Xidmətində şöbə müdiri, Müdafiə Sənayesi Nazirliyində sektor müdiri,
Təhsil Nazirliyi Astara rayon Təhsil şöbəsində müdir müavini vəzifələridir.
Ümumilikdə isə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 11 vəzifə, Müdafiə
Sənayesi Nazirliyində 15 vəzifə, Təhsil Nazirliyində 7 vəzifə, Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyində 4 vəzifə, İqtisadiyyat Nazirliyində 5 vəzifə,
və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1 vəzifə
olmaqla 43 vakant vəzifə ümumi müsahibə elanına çıxarılmışdır.
Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların
rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin
qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi
müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə
müraciət Forması” vasitəsilə 04 yanvar 2019-cu il tarixindən 04 fevral 2019-cu il
saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil
edərək qeydiyyatdan keçməlidir.
DİM-in mətbuat xidməti
Tеl: (+99 412) 502-47-53 (dax. - 142)
E-mail: [email protected]; http://dim.gov.az

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 233
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 401
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 83
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 76
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1111
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 565
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 314
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 566
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 173
VI Azərbaycan Astron...