Şənbə, 31 Oktyabr, 2026

“Gənc Mülki Müdafiəçilər” düşərgəsi başlayıb


  • Dərc edildi: 13 Sentyabr, 2023 - 00:48
“Gənc Mülki Müdafiəçilər” düşərgəsi başlayıb

  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və “İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə vətəndaş cəmiyyətinin fövqəladə hallara effektiv cavab verməsi, gənclərdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, onların mülki müdafiə sahəsində biliklərinin, təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə “Gənc Mülki Müdafiəçilər” düşərgəsi təşkil olunub. EduOnline.Az xəbər verir ki, düşərgədə iştirak edən 100 nəfər gənc mülki müdafiə və fövqəladə hallarla mübarizənin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki təlimlərə cəlb olunacaqlar. Bu çərçivədə, “Gənc Mülki Müdafiəçilər” düşərgəsinin iştirakçıları kollektiv mühafizə q

urğularından istifadə, yanğın təhlükəsizliyinin təmin olunması, çadır şəhərciyinin qurulması, axtarış-xilasetmə işinin təşkili, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi, xilasetmə alət və avadanlıqlardan istifadə qaydaları və digər sahələr üzrə nəzəri və praktiki biliklərə yiyələnəcəklər. Qeyd edək ki, təlimlər Fövqəladə Hallar Nazirliyinin yüksək ixtisaslı əməkdaşları tərəfindən keçirilir. Ümumilikdə 5 gün müddətində keçirilməsi nəzərdə tutulan layihəni uğurla başa vuran iştirakçılara Fövqəladə Hallar Nazirliyi və “İRƏLİ” İctimai Birliyi tərəfindən müvafiq sertifikat təqdim ediləcək və bu gənclər fövqəladə hallar zamanı könüllü surətdə iş prosesində yaxından iştirak edə biləcəklər. Düşərgənin ilk günü ilə bağlı hazırlanmış videoçarxı aşağıdakı keçid vasitəsilə izləmək mümkündür: https://www.youtube.com/watch?v=mEVtfjYlPso&t=2s  

Ən Son Məqalələr

Azərbaycanda Vakansiyalar, Təcrübə Proqramları və Təqaüdlər: İmkanları Edumap.az ilə Kəşf Et
29 Oktyabr, 2026 - 22:44 25
Azərbaycanda Vakansi...
“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 119
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 143
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 325
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1063
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 389
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 571
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 671
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 785
Trabzon Sağlamlıq Qr...