🇪🇺 Çoxgirişli (multiple-entry visa) şengen vizası necə alınır? - İZAHI

🇪🇺 Çoxgirişli (multiple-entry visa) şengen vizası necə alınır?

🔹 Qısamüddətli (short stay-C) şengen vizasının 3 növü var.

1. Single-entry visa Tək girişli
2. Double-entry visa İki girişli
3. Multiple-entry visa Çox girişli

🍀 1. Single-entry visa (təkgirişli viza) ilə şengen ərazisinə yalnız bir dəfə daxil olmaq olar. Viza sahibi Şengen ərazisindən çıxdıqdan sonra, artıq geri qayıda bilməz.

☘️ 2. Double-entry visa (iki girişli viza). Tək girişli və ikigirişli viza arasındakı yeganə fərq ondan ibarətdir ki, ikinci viza sizə Şengen ərazisini tərk etdikdən sonra bir daha geri qayıtmaq icazəsi verir.

🍃 3. Multiple-entry visa (çox girişli viza). Çoxgirişli şengen vizası onun sahibinə təyin olunan müddət ərzində şengen zonasına istədiyi qədər girib-çıxmaq və qalmaq imkanı verir.

🔸 Ümumi qaydaya görə gəlirləriniz və səyahət tarixçəniz (xüsusilə son iki il) sizə veriləcək vizanın müddətini formalaşdıran başlıca səbəblərdir.

🟣 Sizin etməli olduğunuz vacib nüans isə əsaslı, inandırıcı və detallı səyahət planı hazırlamaq (həm də növbəti səfərlər üçün rezervasiyalar) və əlavə məktub yazaraq uzunmüddətli viza istəməkdir.
Bununla da iş bitmir. Müraciət etdiyiniz səfirliyin ölkəmizlə olan siyasi və iqtisadi vəziyyəti, maraqları da nəticəyə təsir edən amillərdir.
Bir də paxıl və əliaçıq səfirliklər var.

🟢 Avstriya, Skandinaviya ölkələri paxıldırlar. Fransa, Yunanıstan, İtaliya və Baltikyanı ölkələri ən əliaçıq, Almaniya, Polşa, Çexiya, Macarıstan, isə nisbətən paxıl səfirliklərdir.

🔹 Hər dəfə daha uzunmüddətli viza almaq üçün hərzaman eyni səfirliyə müraciət etmək yaxşıdır.

📜 Ərizə (cover letter) necə yazılmalıdır?

🔹 Çoxgirişli şengen vizası ərizəsi nümunəsində səyahət ediləcək ölkəyə səfərin səbəbi, ən azı iki giriş və çıxış tarixi, səfər zamanı görüləcək işlər, qalınacaq yerlər, səyahət planındakı bütün təfərrüatlar və ərizəçi haqqında məlumatlar (iş yeri, gəlirlər və s.) daxil edilməlidir.

🔹 Ərizə müvafiq ölkənin konsulluğuna təqdim edilməli, tarix göstərilməli və imzalanmalıdır.

🔹 Şengen zonasına daxil olmayan, lakin aktiv çoxgirişli şengen vizanız olduqda daxil ola biləcəyiniz ölkələrin siyahısı:

1. Albaniya
2. Antiqua və Barbuda
3. Belarus
4. Bosniya və Herseqovina
5. Bolqarıstan
6. Kolumbiya
7. Şimali Kipr
8. Gürcüstan
9. Cəbəllütariq
10. Kosovo
11. Meksika
12. Monteneqro
13. Şimali Makedoniya
14. Rumıniya
15. Sao Tome və Prinsipi
16. Serbiya
17. Türkiyə

Müəllif: Elşən İsmayılov - Travel bloqqer
Paylaş