Cümə, 27 Fevral, 2026

"Gənclər Gender Bərabərliyi Məqsədi Uğrunda" - Lənkəranda Layihə


  • Dərc edildi: 22 Aprel, 2018 - 17:17
"Gənclər Gender Bərabərliyi Məqsədi Uğrunda" - Lənkəranda Layihə

18-20 may 2018 - ci il tarixilərində Lənkəran şəhərində keçiriləcək "Gənclər Gender Bərabərliyi Məqsədi Uğrunda" layihəsi Lənkaran iqtisadi rayonunda (Astara, Cəlilabad, Lənkaran, Masallı, Lerik, Yardımlı) yaşayan fəal gəncləri birləşdirəcəkdir. Layihənin keçirilməsində məqsəd gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər arasından Gender Bərabərliy Məqsədinə çatmaq üçün cənub regionunda yaşayan genc elçiləri müəyyən etmək və təmsil etdikləri rayonlarda gender bərabərliyi probleminin təbliğatını aparmaqdır. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və BMT tərəfindən elan olunan 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) arasında yer alan 5 nömrəli ‘’Gender Bərabərliyi’’ məqsədini əsas tutaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilir və Azərbaycanda gender bərabərliyini təbliğ edir. Layihə 2 hissədən ibarətdir:

  1. Təlimləndirmə
  2. Təbliğat
Təlimləndirmə mərhələsi 3 gün davam edəcək və aşağıdakı mövzular və qrup işləri üzrə aparılacaqdır: 1.
Dayanıqlı İnkişaf Məqsədləri (DİM) haqqında məlumat 2. Gender stereotipləri və xülafə 3. Qadınların cəmiyyətdə rolu, dünyada və Azərbaycanda qadın zorakılğı 4. Qadın zorakılğına qarşı mübarizə 5. (Qrup işi1) Gender bərabərsizliyini yaradan səbəblər və amillər 6. (Qrup işi2) Gender bərabərsizliyini aradan qaldıracaq həll yolları 7. Gender bərabərliyi təbliğatının təlimatlandırılması 8. (Qrup işi3) İştirakçıların mövzu ilə bağlı gələcək planlarının tərtibi 9. İştirakçıların mövzu ilə bağlı gələcək planlarının təqdimatı Təbliğat mərhələsində rayonlardan olan gənc elçilər tərəfindən layihənin davamlılığı olaraq həyata keçiriləcəkdir. Layihədə yalnız 18-35 yaş arası, qeydiyyat və faktiki yaşayış ünvanı Astara, Cəlilabad, Lənkaran, Masallı, Lerik, Yardımlışəhərindən/rayonundan olan gənclər iştirak edə bilərlər. Təlim kursunda iştirak etmək istəyən gənclər aşağıda qeyd olunan anket formasını doldurmaqla 10 may 2018-ci il tarixində saat 18:00-a qədər qeydiyyatdan keçə bilərlər. İştirakçıların yaşayış və qidalanması təşkilatçı tərəfindən təmin ediləcək. Proqramın sonunda iştirakçılar sertifikat ilə təltif olunacaqlar. Qeydiyyat http://www.nayora.az/announcements2,217/lang,az/

Ən Son Məqalələr

SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 95
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 229
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 221
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 419
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 94
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 285
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 409
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 499
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 634
Qarabağda iş imkanla...